"Hizbullah" qruplaşması İsrail ilə Livan hakimiyyətləri arasında bağlanmış atəşkəs şərtləri ilə razı deyil".

"Unikal" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın lideri Naim Qasım bəyan edib.

"İşğal davam etdiyi müddətcə müqaviməti dayandırmaqla bağlı hər hansı bir öhdəlik götürməmişik", - deyə o vurğulayıb.

"Hizbullah" lideri İsrail hərbçilərinin Livan ərazisindən çıxarılmasını tələb edir.

Xatırladaq ki, ABŞ-də keçirilən müzakirələrin yekunlarına əsasən, Livan və İsrail nümayəndələri atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəliblər.