Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinin iştirakı ilə Gəncə şəhərində səhiyyə işçiləri və həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Üzv və Tabe Təşkilatlarla İş və Maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə də iştirak edib.
Tədbir zamanı üzvlərin əmək münasibətləri, sosial müdafiə məsələləri, iş şəraiti və mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və müraciətləri dinlənilib.
Eyni zamanda həmkarlar ittifaqı tərəfindən həyata keçirilən fəaliyyətlər, sosial dəstək tədbirləri və qarşıda duran prioritet istiqamətlər barədə iştirakçılara ətraflı məlumat verilib.

























































