"Ermənistandakı seçkilər müxalifətə görünməmiş təzyiq və Qərbin müdaxiləsi şəraitində keçirilib".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

Diplomat bildirib ki, Rusiya Ermənistana doğru kursunu Ermənistan rəhbərliyinin real addımlarını nəzərə alaraq qurmaq niyyətindədir: "Seçkilərin nəticələrinə görə, Ermənistanda Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasına dəstək xeyli azalıb". 

Zaxarova qeyd edib ki, Moskva həmişə güclü və həqiqətən suveren Ermənistanda maraqlı olub və olacaq.

Onun fikrincə, Ermənistandakı seçkilər cəmiyyətin son dərəcə qütbləşdiyini açıq şəkildə göstərdi. Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin inkişafına və Ermənistanın gələcəkdə AİB-ə üzvlüyünə açıq bir tələbat var.

Ağarza Elçinoğlu