Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb.
"Unikal" xəbər verir ki, monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib.
Bu məqsədlə Zaqatala rayonundan Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakən rayonundan isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.



















































