"Bizim islahatların gedişatında son hədəf keyfiyyətli, peşəkar və dayanıqlı kitabxana xidmətlərinin həyata keçirilməsidir. Bunun təməlində kitabxana sahəsində xidmətləri həyata keçirən şəxslərin həm sosial təminat, həm də onların peşə hazırlığının yüksəldilməsi istiqamətində işin təşkili durur. Təbii ki, bu prosesdə kadrların dəyərləndirilməsi üçün gələn ildən kitabxanaçıların attestasiyası həyata keçiriləcək".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.
Nazir bildirib ki, bu ildən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1 000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək.
"Attestasiya nəticələrinə görə peşəkar, vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab ediləcəksə, onlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq mexanizmlər tətbiq olunacaq".
Anar Kəlbiyev


















































