İyunun 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində Həzi Aslanov parkında aparılan geniş bərpa-yenidənqurma işləri ilə yerində tanış olub, iş icraçıları ilə söhbət edib, işin gedişatı ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.
"Unikal" xəbər verir ki, iş icraçıları tərəfindən məlumat verilib ki, aparılan əsaslı təmir işləri çərçivəsində parkın ərazisi tamamilə yeni dizaynda təmir olunur, tametlər yeni və ən müasir standartlara cavab verən yeniləri ilə əvəzlənir, səkilər və bardürlər isə insanların zövqünü oxşayacaq və rahatlığını təmin edəcək şəkildə yenilənir, parkın ərazisində insanların rahatlığını təmin etmək üçün yeni və daha rahat oturacaqlar qoyulacaq, parkın işıqlandırılmasında da ən yeni texnologiyalar tətbiq ediləcək.
Bildirilib ki, cənab Prezident İlham Əliyevin tapşırğı əsasında aparılan
əsaslı təmir işləri paralel olaraq Lənkəran rayonunun bir sıra ərazilərində “Əfqanıstan Veteranları Parkı”nda, Həzi Aslanov parkında, Xocalı parkında və Əsgər Əliyev adına “Dostluq Parkı”nda Heydər Əliyev prospektində, Paşa Təhməzov, Həzi Aslanov, M.M.Axund, Qala Xiyabanı və Şirəli Axundov küçələrində də davam etdirilir.
Lənkəran rayonunun sakinləri tərəfindən aparılan bərpa-yenidənqurma işləri yüksək qiymətləndirilir və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.


















































