Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, B qrupunda ABŞ Avstraliya ilə qarşılaşıb.

Görüş amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub. 44-cü dəqiqədə Aleks Frimen ikinci qolu vurub.

Xallarını 6-ya çatdıran ABŞ millisi turnir cədvəlinə başçılıq edir.

*** 00:12

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabda öndədirlər - 2:0.

Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.

XXX

19 iyun 23:50

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk hissə başa çatıb.

"Unikal" xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri fasiləyə üstün yollanıblar - 2:0.

Komanda birinci hissənin başa çatmasına az qalmış ikinci qolu vurub.

44-cü dəqiqədə Aleks Frimen ABŞ seçməsini fasiləyə 2:0 öndə yollayıb.

XXX

23:15

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk qol vurulub.

"Unikal" xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabı açıblar - 1:0.

11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub.

XXX

23:00

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyunu başlayıb.

"Unikal" xəbər verir ki, D qrupunun II turunun matçı Sietl stadionunda keçirilir.

Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.