Xəbər verdiyimiz kimi, iyunun 16-da Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində gənc oğlan çayda çimərkən batıb.

"Unikal" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub.

22 yaşlı İlham Milli Qvardiyada xidmət edib.

Yaxınlarının sözlərinə görə, o Tovuza istirahət məqsədilə gəlibmiş.