Rusiya prezidenti Vladimir Putin keçmiş müdafiə naziri Sergey İvanovla vida mərasimində iştirak edib.
"Unikal" xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml sözçüsünün sözlərinə görə, dövlət başçısı tabutun önünə gül dəstəsi qoyub və mərhumun qohumları ilə qısa söhbət edib. Vida mərasimi Mərkəzi Klinik Xəstəxanada baş tutub.
Qeyd edək ki, keçmiş müdafiə naziri və Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Sergey İvanov 73 yaşında vəfat edib. Ölüm səbəbi açıqlanmayıb. İvanov 2001-2007-ci illərdə Müdafiə Nazirliyinə rəhbərlik edib. 2008-ci ildə Baş nazirin müavini, 2011-ci ildən 2016-cı ilə qədər isə Prezident Administrasiyasına rəhbərlik edib. 2012-ci ildən İvanov 2026-cı ilə qədər Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olub. Bu ilin fevral ayında Putin onu Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndə vəzifəsindən azad edib.





.jpg)















.webp)



.jpg)





























