UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyun başa çatıb.

"Unikal" xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Velko Simiç və Kahim Parris vurublar.

"Sabah"ın heyətində 90+2-ci dəqiqədə Stiv Solvet meydandan qovulub.

Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.