Sahib Hüseynov üçün qanunlar mənasızdı
12:33 22-11-2013
CƏMİYYƏT
Sahib Hüseynov üçün qanunlar mənasızdı
Mikayıl Cabbarovun əyalətlərə diqqət ayırmamasından istifadə edilir
Təhsil naziri Mikayıl Cabbarov nazirliyin mərkəzi aparatında və mühüm strateji idarələrdə kadr islahatlarına başlasada, bölgələrlə bağlı işlərdə hələ ki, canlanma yoxdur. Görünür bundan yararlanan bəzi əyalət təhsil işçiləri qanunsuzluqlarını çəkinmədən davam etdirirlər.
Bunlardan biri də Ağcabədi rayon Pedoqoji Texnikumunun direktor əvəzi Sahib Hüseynovdur. Sahib Hüseynov rayonda demək olar ki, əksər məmurun çəkindiyi bir şəxsdir. Çünki o,kimlərisə özünə tabe etdirə bilməyəndə “danosçuluq” qabiliyyətini işə salır. Hətta o qədər “prinsipiallıq” edir ki, yazdığı məmurun kimliyi belə onun üçün önəmli olmur. Tək bunu demək kifayətdir ki, hazırda direktor əvəzi olduğu təhsil ocağının öncə ki, direktoru öz qardaşı idi. Amma qardaşına diqtə etmə imkanları olmayandan sonra onunla bağlı Bakıya müxtəlif ünvanlara yüzlərlə saxta məktublar təşkil etdirdi. Nəticədə buna dözə bilməyən qardaşı ürək çatışmamazlığından dünyasını dəyişdi. Sahib Hüseynovun bu keyfiyyətlərini bilən rəhbərlik isə onu elə öz qardaşının yerinə təyin etdilər. Texnikumda təhsilin səviyyəsindən danışmağa ehtiyacın qalmadığını vurğulayaraq, direktor əvəzinin bir qanunsuzluğu haqqında da yazmaq yerinə düşər. Belə ki, Sahib Hüseynov təhsil ocağının balansında olan 04AA007 dövlət nömrə nişanlı maşının nömrə nişanını çıxararaq öz şəxsi mersedes markalı maşınına taxıb. Bu isə qanunvericiliyin bir başa pozulmasından başqa bir şey deyil. Bir neçə dəfə Sahib Hüseynovun bu əməlinə etiraz olunsada rayonda Yol Polis İdarəsində kapitan olan qardaşı Natiq Hüseynov ona himayədarlıq edib və hazırda da bu qanunsuzluq davam edir. Amma yeni təhsil naziri Mikayıl Cabbarovun hələ ki, əyalətlərdə ki, bu acınacaqlı hallara reaksiya verməməsi səbəbindən Sahib Hüseynov kimi məmurlar istədiklərini edə bilirlər. Onun “danos” mütəxəssisi olması səbəbindən isə yerli təşkilatlar baş verənlərə göz yummaqdadır.Bunu da qeyd edək ki, əslində Sahib Hüseynov rayonda təhsil işçisi kimi yox, iş adamı kimi də tanınır. Rayondakı mənbələrin israrla bildirməsinə görə Sahib Hüseynovun rayonda ticarət mərkəzi, maşın düzəltmə sexi,irili-xırdalı bir neçə daşınmaz əmlakı və obyektləri var. Sahib Hüseynovun bunu nələrin hesabına əldə ediyini bilmək üçün isə sadəcə olaraq texnikumdakı təhsilin durumuna və nizam-intizama baxmaq kifayət edər.
Alı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33