Şahin Mustafayev oliqarxlardan şikayət edəcək
10:45 05-12-2013
İQTİSADİYYAT
Şahin Mustafayev
oliqarxlardan şikayət edəcək
İqtisadiyyat və sənaye naziri iri məmurların “əlinə oynamaqdan” bezib
İki gün öncə Tarif Şurasının ölkədə benzinin qiymətini qaldırması və bunun əhalidə ciddi narazılıqlar yaratması məlumdur. Sözügedən qiymət artımı digər sahələrdə də bahalaşmanı qaçılmaz edir.
Artıq ərzağın qiymətində artım olduğuna dair məlumatlar var. Yanvardan etibarən sərnişin nəqliyyatı və işığın qiymətinin qalxacağına dair də ehtimallar irəli sürülür.
Belə bir vaxtda isə Tarif Şurası sərt tənqidlərə tuş gəlməkdədir. Mətbuatın önəmli bölümü və sadə vətəndaşlar bahalaşmada məhz bu qurumu və orada təmsil olunanları ittiham edirlər. Xüsusilə iqtisadiyyat və sənaye naziri, eyni zamanda Tarif Şurasının da sədri olan Şahin Mustafayev belə bir bahalaşma qərarına görə ittiham olunur.
Ekspertlər naziri heç bir iqtisadi əsas olmadığı halda qiymət artımına getməkdə günahlandırır, sadə vətəndaşlar isə naziri və onunla bərabər Tarif Şurasının üzvlərini özləri yağ-bal içində yaşadıqları halda sıravi insanları dahav pis vəziyyətlə üzləşdirməkdə suçlayırlar. Hətta bəzi KİV-lər bir qədər də irəli gedir və belə bir fərziyyə ilə çıxış edirlər ki, bəzi oliqarxların öz maraqları naminə qiymət artımına hədsiz həvəs göstərmələri, tez-tez bahalaşma ilə bağlı qərarların verilməsinə nail olmaları, müəyyən məmurların, o cümlədən, Tarif Şurası üzvlərinin belə addımlarda həvəslə iştirak etmələri həm də hökuməti sabotaj cəhdidir. Çünki Azərbaycanın Rusiya və Qərbdən artan xarici təzyiqlər qarşısında olduğu, ölkədə gərginlik yaratmaq istəyən bəd qüvvələrin fürsət axtardığı, Ukraynada inqilabi proseslərin start götürdüyü və onun bəzi postsovet ölkələrində də müyəəyən xaotik proseslərə yol aça biləcəyi yönündə proqnozların səsləndiyi həssas bir vaxtda Şahin Mustafayevin sədri olduğu Şuranın bahalaşma qərarı verməsi kütlələrin hökumətdən narazılığını daha da artıracaq.
Əldə etdiyimiz məlumata görə, Tarif Şurasının sədri Şahin Mustafayev özünün və rəhbərlik etdiyi bu qurumun tənqid hədəfinə çevrilməsindən narazıdır. İqtisadiyyat və sənaye naziri bahalaşma təklifləri ilə bəzi oliqarxların çıxış etdiyi və onların əllərindəki təsir imkanlarından, hakimiyyətdaxili nüfuzlarından istifadə edib qiymət artımına nail olduqları halda məsuliyyətin sadəcə, özünün və Tarif Şurasının üzərinə yüklənməsini narazılıqla qarşılayıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq ölkə başçısının 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra - qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir. Fərmanla Azərbaycan Respublikası İqtisadi inkişaf naziri (hazırda iqtisadiyyat və sənaye naziri) Şuranın sədri olmaqla maliyyə, vergilər, ədliyyə, sənaye və energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfat, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinlərindən və eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinlərindən ibarət üzvlər müəyyən edilmişdir. Amma əksər ekspertlər hesab edirlər ki, Şuranın bahalaşma ilə bağtlı qərarlarında daha çox bəzi iri məmurların maraqları həlledici rol oynayır. Həmin məmurların hökumətin qərarlarına ciddi təsir imkanları var və bu da onlara arzuladıqları vaxt məsul olduqları sahələrlə ilgili tarifləri yüksəltmək imkanı verir.
Amma son nəticədə qınaq və tənqid hədəfi Tarif Şurası seçilir ki, hazırda Şahin Mustafayevin narazılıqla qarşıladığı məqam da məhz bununla bağlıdır. İqtisadiyyat və sənaye naziri ayrı-ayrı nazirliklərin qiymət artımı ilə bağlı qərarlara şərh verməyib, məsuliyyəti Tarif Şurasının üzərinə atmasından da ciddi narazı olduğu və belə oliqarxlara şikayət etməyə hazırlaşdığı deyilir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53