Ukraynadan azərbaycanlılar qovula bilər
12:03 10-12-2013
İQTİSADİYYAT
Ukraynadan azərbaycanlılar qovula bilər
Kiyevdə azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub, bir azərbaycanlı öldürülüb
Ukraynanın paytaxtı Kiyevdəki “Troyanşina” topdansatış bazarında azərbaycanlılarla gürcülərdən ibarət ticarətçi dəstə arasında kütləvi dava baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, kütləvi davanın baş verdiyi dekabrın 6-dan 7-nə keçən gecə davada iştirak edən azərbaycanlılardan biri bazarın yaxınlığında vəhşicəsinə qətlə yetirilib.
Dekabrın 7-si səhər saatlarında hadisə yerində meyiti aşkar edilən həmin şəxs əslən Yevlax rayonundan olan Gəncə şəhər sakini 37 yaşlı İlham Hüseynovdur. O, daş kərpiclə döyüldüyündən, meyitin baş hissəsi tamamilə parçalanmış, əzilmiş halda tapılıb.
Bazarda çalışan və adının çəkilməsini istəməyən azərbaycanlıların verdiyi məlumata görə, dava ticarət maraqları üstündə baş verib: “Hadisəyə səbəb İlham Hüseynovla gürcülər arasında olan konflikt səbəb olub. Aralarında biznes mübahisəsi yaranıb, nəticədə gürcülərdən ibarət bir dəstə ilə bazarda çalışan azərbaycanlılar arasında dekabrın 6-da kütləvi dava düşüb. Səhəri gün isə İlham Hüseynovun meyiti bazarın yaxınlığındakı kərpic qalağının yanında tapılıb. Meyit aşkar olunan zaman davada iştirak edən gürcülıər aşkar formada qətli törətdiklərini bazarda elan edərək, azərbaycanlıların hamısını eyni aqibət gözləyəcəyini bildirərək kütləvi formada hədələyiblər”.
Hadisə ilə bağlı yerli milis tərəfindən cinayət işi qaldırılıb, qətli törədənlərin müəyyənləşdirilməsinə çalışılır. Amma müşahidəçilər hesab edir ki, bu olay Rusiyada baş verən hadisənin xatırladır və Ukraynadakı müəyyən qüvvələr bundan istifadə edərək azərbaycanlıların deportasiya olunmalarına çalışacaqlar. Hətta buda vurğulanır ki, rəsmi Kreml Ukraynada vəziyyətin gərginləşməsi üçün etnik zəmində münaqişələrin yaradılmasında iştirakçıda ola bilərlər. Bunu da xatırladaq ki, Rusiyadan sonra ən çox miqrant məhz Ukraynadadır və onların geri qaytarılması ölkədə xoşagəlməz durum yarada bilər.
Fuad
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23