Razim Məmmədovun işçilərindən misli görünməmiş amansızlıq
12:33 13-12-2013
İQTİSADİYYAT
Razim Məmmədovun işçilərindən misli görünməmiş amansızlıq
Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları evə basqın etdi, qışın günü 9 ailəni çölə atdılar
Razim Məmmədovun icra başçısı olduğu Xətai rayonu paytaxtın ən çox vətəndaş şikayətlərinin yayıldığı rayonlarının önündə gəlir. Burada az qala elə həftə yoxdur ki, ya sakinlərin kütləvi narazılıq məktubları mətbuata çıxmasın, ya da vətəndaşlar üzləşdikləri haqsızlıqlarla bağlı aksiyalar keçirməsin.
Dünənsə bu rayondan Razim Məmmədovıun işçilərinin hərəkəti ilə bağlı olduqca tükürpədici məlumat gəlib. Həmin məlumata görə, Xətai rayonu, Zığ şosesi, Cavanşir 36, 6 saylı yataqxanada yaşayan 9 ailəni yaşadığı evdən məcburi çıxarıblar.
İcra hakimiyyətinin nümayəndələri tərəfindən hadisədən 1 həftə öncə yataqxanada qalan məcburi köçkünlərin su, qaz və işıqlarını kəsib.
Xətai rayon icra hakimiyyəti başçısının müavini Nizaməddin Əkbərovun Qafur adlı nümayəndəsi və çox sayda polis əməkdaşları saat 10 radələrində adı çəkilən yataqxananın 159-cu mənzilinin qapısını təpiklə açaraq, 73 yaşlı qadını yatağından bir neçə polis əməkdaşları ilə birgə sürüyərək evdən çölə atıblar.
Zərərçəkmişin qızının bildirdiyinə görə anası həmin vaxt yataqda olub və evdən çıxarılan zaman ayağına heç nə geyinməyə imkan tapmayıb. İcra nümayəndələri və polis əməkdaşları boşaldılan evləri dağıdaraq yararsız vəziyyətə salıblar. Sakinlər heç bir paltar, sənəd və pul evdən götürə bilməyiblər.
Qışın bu soyuq çağlarında Xətai rayon İcra Hakimiyyəti işçilərinin davranışına ad vermək çətindir. Bu, vətəndaşlarda hökumətə qarşı narazılıq əhval-ruhiyyəsini gücləndirməkdən başqa heç nəyə xidmət etmir.
Qeyd edək ki, hələ bir neçə ay əvvəl ölkə mətbuatı yazırdı ki, Xətai rayon rəhbərliyi vətəndaşların şikayət və narazılıqlarına diqqəti artırmasa payızdakı prezident seçkilərindən sonra ciddi problemlərlə üzləşə bilərlər. "Çünki seçki ilində məmurlara vətəndaşları hökumətdən incik salmamaları yönündə ciddi tapşırıqlar verilib, bu tapşırıqlara biganə yanaşanlarla isə seçkidən sonra haqq-hesab çəkiləcəyi yönündə xəbərdarlıq edilib. İndi görünən odur ki, Xətai rayonunda nə məlum göstərişi eşidən var, nə də haqqında danışılan xəbərdarlığı diqqətə alan. Bunun isə cəzası çox ağır ola bilər" deyə KİV qeyd edirdi.
Razim Məmmədovun rayonunda nə seçki ərəfəsində narazılıqların arası kəsildi, nə də seçkidən sonra onun karyerasına hər hansı təhlükə yarandı. Amma hesab edilir ki, icra başçısı bundan arxayınlaşıb rayon sakinlərini özündən narazı salmağa, onlara problemlər yaratmağa davam edərsə, bu, heç də xoş sonluq vəd etmir. Çünki mətbuatda bir müddətdir xeyli icra başçısının görəvindən kənarlaşdırılacağına dair intensiv xəbərlər yayılır və onların arasında Xətai rayon İcra Hakimiyyətinin başçısı da göstərilir. Mümkündür ki, bu rayondan artan şikayət və narazılıqlar Razim Məmmədovun "vurulmasını" qətiləşdirsin və sürətləndirsin.
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53