Milli Şura üzvü: “Hacıbaba Əzimov şeytana xidmət edir”
12:49 14-12-2013
İQTİSADİYYAT
Milli Şura üzvü: “Hacıbaba Əzimov şeytana xidmət edir”
“Milli Şura üzvü olmağa layiq olmayan bir sıra adamları gətirib daxil ediblər. Mən Milli Şuranın tərkibindən narazıyam”. Bunu Milli Şuranın üzvü, professor Hacıbaba Əzimov deyib. O, qeyd edib ki, Milli Şurada antimilli ünsürlər var: “Bunu tam məsuliyyətlə deyirəm. Çünki onların fəaliyyətindən az-çox xəbərimiz var. Bilirik ki, onlar Azərbaycan xalqına və dövlətçiliyinə xidmət etmir. Əksinə, xarici kəşfiyyatla əlaqəli adamlardır. Onların Milli Şurada olması böyük səhv idi”.
Hacıbaba Əzimovun dedikləri Milli Şura üzvləri tərəfindən birmənalı qarşılanmayıb.
“El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev açıqlamasında H.Əzimovun iddialarını dediklərinin mənasız sayıb: “Bir tərəfdən, Arif Hacılı deyir ki, Milli Şurada hakimiyyətə işləyən qüvvələr var. Digər tərəfdən, Hacıbaba Əzimov deyir ki, qurumda başqa ölkənin casusları var. Bunu uşaq oyununa çeviriblər. Varsa, onun kimliyini açıqlayın. Mən də deyirəm, Hacıbaba Əzimov şeytana işləyir. Dediyimin altına da imza atıram. Dəqiq bilirəm. Dediyini gərək sübut edəsən. Və yaxud mən deyim ki, Milli Şurada Qvineyanın xüsusi xidmət orqanlarına işləyən bir neçə nəfər var. Nə istəyirsiniz Milli Şuradan? İstəyirsiniz, Milli Şura dağılsın, parçalansın? Əgər Hacıbaba Əzimov Milli Şurada xarici kəşfiyyata işləyən şəxslərin olduğunu deyəndə güzgüyə baxıb deyir”.
E. Quliyev Milli Şurada müəyyən təmizlik işlərinin aparılmasının vacib olduğunu vurğulayıb: “Milli Şura bir katarsis mərhələsi keçməlidir. Bilirsiniz, Milli Şura yarananda siyasi partiyalar daha çox üzvlə təmsil olunmağa çalışdılar. Bu, səhv yanaşma idi. Bu gün Milli Şura təmizlənmə mərhələsi keçməlidir ki, qurum iş görə bilsin. Yəni Milli Şura Hacıbaba Əzimov kimi adamların atmacaları ilə məşğul olmasın. Milli Şuranın qarşısında dayanan hədəflərmi azdır?! Həmişə maneələr törədirlər. Gah burada casus axtarışı ilə məşğul olurlar, gah da hakimiyyətə işləməkdə suçlayırlar. Bizi birləşdirən məsələlərin üzərində dayanmalıyıq”.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şurada belə adamların olmasını istisna etmir: “Hər bir yeni qurum yarananda siyasi partiyalar oraya öz adamlarını qoşmağa çalışırlar. Mən Hacıbaba Əzimovun kimləri nəzərdə tutduğunu təxmin edirəm və onunla razıyam. Milli Şura yaranarkən ciddi kompromislər oldu. Mənim orada qəbul etmədiyim bir neçə var. Hər halda biz bir-birimizə dözümlü yanaşıb, işləri davam etdirməliyik”.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbilin sözlərinə görə, Milli Şura geniş koalisiyanı əhatə edir: “Milli Şurada kimlərin olub-olmadığını deyə bilmərəm. Mən Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləmirəm ki?! Bütün hallarda hesab edirəm ki, Milli Şurada olan qüvvələrin əksəriyyəti milli dövlətçilik ənənələrinə bağlı, azad cəmiyyətin qurulması uğrunda mübarizə aparan insanlardır. Bunu kim necə başa düşür, özü bilsin. Milli Şurada antimilli ünsürlərin olması ilə bağlı deyilənlərlə də razılaşmıram”.
İlkin PİRƏLİ
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53