Türkiyəni sarsıdan korrupsiya qalmaqalı böyüyür
Türkiyəni sarsıdan korrupsiya qalmaqalı böyüyür

Adı "Böyük rüşvət işi"ndə keçən 4 nazir istefa verməyə hazırlaşır; Rza Zərrabın daha 3 nazirə rüşvət verdiyi iddia edildi

Türkiyədə korrupsiya və rüşvətxorluğa qarşı əməliyyat zamanı tutulanlarla bağlı ilginc iddia ortaya çıxıb. Qardaş ölkənin "Zaman" qəzetinin verdiyi məlumata görə, saxlanıldıqdan sonra gecəni müvəqqəti təcridxanada keçirən şübhəlilər təhlükəsizlik məmurlarının otaqlarına köçürülüblər.

Bu, əməliyyatı həyata keçirmiş şöbə müdirlərinin işdən çıxarılmalarından sonra gerçəkləşib. Həmin şəxslər daxili işlər naziri Muammer Gülərin oğlu B. Gülər, iqtisadiyyat naziri Zafer Çağlayanın oğlu S. K. Çağlayan, ekologiya və şəhərsalma naziri Ərdoğan Bayrakdarın oğlu A. O. Bayrakdar və Fatih Bələdiyyəsinin sədri Mustafa Dəmirdir.
Azərbaycanlı iş adamı, türkiyəli müğənni Ebru Gündeşin əri Rza Zərraba isə təcridxanada dieta yeməkləri verilib. Zərraba mədəsindən şikayətləndiyi üçün belə qulluq göstərilib.

Türkiyədə nazirlər istefa
vermək niyyətindədirlər

"Böyük rüşvət işi" adlandırılan əməliyyat zamanı övladları həbs edilən Türkiyənin daxili işlər naziri Muammer Gülər??, iqtisadiyyat naziri Zəfər Çağlayan, ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktar, eləcə də Avropa Birliyi naziri Egemen Bağış baş nazir Ərdoğanla görüşdə istefaya hazır olduqlarını bildiriblər. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Nazirlərin bu istəyi bəzi həmkarları və AKP nümayəndələri tərəfindən müsbət qarşılanıb. Ərdoğan isə nazirlərin "istefa" niyyətinə reaksiya verməyib.
Türkiyə mətbuatının yazdığına görə, artıq gözlər "Çankaya" köşkündə keçiriləcək toplantıya dikilib. Prezident Abdulla Güllə görüşəcək Ərdoğanın yeni kabinetin siyahısının açıqlayacağı da istisna edilmir.

ABŞ Dövlət Departamenti Türkiyədəki hadisələrə münasibət bildirdi

ABŞ Dövlət Departamenti Türkiyədə yaşanan məlum olaylara münasibət bildirib. Departamentin sözçüsü Mari Harf əməliyyatları və hadisələrlə bağlı irəliləyişləri izlədiklərini deyib: "Hadisələrin gedişatını diqqətlə izləyirik, bu məsələdə xüsusi bir şərh verə bilmərik".
Harf polis məmurlarının işdən çıxarılması və "Halk" bankla əlaqəli iddialarla bağlı soruşulan sualları da şərh etməkdən imtina edib. İstintaq haqqında daha ətraflı məlumatlar əldə etməyə çalışdıqlarını söyləyib: "Türkiyənin məhkəmə-hüquq sistemində şəffaflıq və ədalət prinsiplərinə əsaslanan yüksək standartların olacağın ümid edirik".

Rza Zərrabın daha 3 nazirə rüşvət verdiyi idda olunur

Bu arada Türkiyəni sarsıdan korrupsiya və rüşvətlə bağlı həbs dalğasının kilid adı Rza Zərrafla bağlı yeni-yeni faktlar ortaya çıxır. Türk mediası xəbər verir ki, istintaq orqanları Razılıq Sərrafın (Rza Zərrabın Türkiyə vətəndaşı olduqdan sonrakı adı) üç nazirə də rüşvət verdiyi iddiasını irəli sürür.
İstintaq faylında Razılıq Sərrafın lideri olduğu irəli sürülən cinayət təşkilatı üzvlərinin nazir A. üçün "böyük qardaş - böyük qardaş" şəklində xitab etdikləri ifadə edilir. Faylda ayrıca nazir B.-nin təşkilat üçün nazirlikdəki bürokratları istiqamətləndirdiyi, cəmiyyət imkanlarını istifadə etdirdiyi və böyük miqdarda rüşvət aldığı irəli sürülür. 2012-ci il martın 19-u və 2013-cü il aprelin 10-u tarixləri arasında nazir A-ya edilən rüşvətlərin tarix, saat və saniyə məlumatları ilə birlikdə qeyd altına alındığı siyahılarda nağd dollar, avro, türk lirəsinin, lüks saat və ləl-cəvahiratların verildiyi iddia edilir.
Rüşvət hesablarının olduğu Excel cədvəlinin Rzanın adamı Abdullah Happani tərəfindən tutulduğu, Happaninin Excel fayllarının adını nazir A.-nın soyadından ilhamlanaraq kodlaşdırdığı, bu vəziyyəti öyrənən nazir A.-nın reaksiya verdiyi, pulun İstanbuldan nağd olaraq Əhməd Murad Öziş və Ümid Bayraktar tərəfindən Ankaraya aparılaraq nazir A.-nın oğluna təslim edildiyi də iddialar arasındadır.
Faylda nazir A-ya verildiyi iddia edilən rüşvət miqdarları belə sıralanır: 32.053.600 min avro, 6.766.750 min dollar, 3.465.000 min türk lirəsi və 300 min İsveçrə frankı. Sərrafın başlanacaq istintaq araşdırmalarından xilas olmaq məqsədi ilə başqalarının adına alınan xətləri bağlı dövrə sistemlə istifadə etdiyi, narkotik qaçaqçılarının istifadə etdiyi və qırmızı xətt tətbiq r edilən bu sistemlə telefonlar istifadəçilərinə kuriyelərlə təslim edildiyi də fayldakı iddialar arasındadır.
Nazir A.-nın xüsusi adamları ilə əlaqə yaradan Rza Zərraba xüsusi xətlərə keçmələrini istədiyi də texniki təqibə alınıb. Bu danışıq aşağıdakı şəkildə olub:
Nazir A.-nın xüsusi qələm müdiri: 10-11-ə keçmənizi söylədi, amma nədir bilmirəm.
Rza: Tamam okey, okey.
Rza: 18 açıq deyərsinizmi.
Xüsusi qələm müdiri: 18 açıq, hə, tamam, amma bu an təyyarədə.
Rza: Eləmi, buramı gəlir.
Xüsusi qələm müdiri: Bu an təyyarədə, bəli, bəli.
Sərrafın xüsusi qələmə göndərdiyi mesaj: 18 çata bilmirəm.
Xüsusi qələm müdirinin cavabı: B. təşkilatı davam edir

Oğlu rüşvətdə suçlanan
nazir hücuma keçdi

Böyük rüşvət əməliyyatının ardından Türkiyənin daxili işlər naziri Müəmmər Gülərin təlimatıyla 81 vilayətin qubernatoruna, başda mütəşəkkil cinayətkarlıq, qaçaqçılıq və maliyyə cinayətləri ilə mübarizə şöbələrinin rəisləri olmaqla, bir sıra polis bölmələrinin rəis və müavinlərini "nəzərdən keçirmək" barədə tapşırıq verilib.
Türkiyə mediasının xəbərinə görə, təlimatın ardından bir çox vilayətdə çox sayda əmniyyət (polis) müdiri vəzifədən götürülüb. Nazir Gülər əməliyyatdan xəbərdar olar-olmaz, bəzi idarə rəisləri ilə 3 saat davam edən yığıncaq keçirib.
Yığıncaqda əməliyyatın davam etdiyi vilayətlərdəki təhlükəsizlik rəislərindən məlumat istənilb. Nazir Gülər?, əməliyyatın ondan gizli aparılması səbəbi ilə geniş diametrli təhqiqat üçün təlimat verib.
Qeyd edək ki, Türkiyədəki rüşvət skandalında həbs olunanlaradan biri də daxili işlər nazirinin oğludur.

Gülənin vəkili
ittihamları rədd etdi

Bu arada Türkiyənin önəmli din xadimlərindən biri Fəthullah Gülənin vəkili Orhan Erdemli "Böyük rüşvət işi"nin başlamasının ardından mediada müvəkkili haqqında çıxan "hökumətə savaş açma" , "əməliyyat başlatma" , "çirkli oyunlar oynama" , " tələ qurma" kimi iddiaların pis niyyətli və xəyal məhsulu olduğunu ifadə edib. Erdemli deyib ki, möhtərəm Fəthullah Gülənin bu təhqiqatlarda ən kiçik bir maraq və məlumatı yoxdur.
Türkiyə mediasının xəbərinə görə, Orhan Erdemli yazılı açıqlamasında bu ifadələrə yer verib: "İstanbul prokurorluğu tərəfindən son iki gündə bəzi iş adamları, bürokratlar ilə siyasətçilərin yaxınları nəzarətə alınıb. Təhqiqata mövzu olan sui-istifadə , rüşvət və qaçaqçılıq iddiaları, hər ölkədə rast oluna bilən hadisələrdəndir. Məhkəmə orqanları və müstəqil mühakimə bunları istintaq və mühakimə etmək üçün vardır".
Vəkil bildirib ki, mediada yayılan xəbər və yazılarda onun müvəkkili Fəthullah Gülənə ağır ittihamlar yönəldilməsi böyük bir haqsızlıqdır: "Cəmiyyətdə müvəkkilim əleyhinə bir hiss meydana gətirməyə çalışan hüquqa zidd yazılar son dərəcə narahatedicidir. Bu cür ifadələr məhkəmə prosesini mənfi təsir edə bilər və ictimaiyyətin diqqətini istintaqdan və ittihamların məzmunundan uzaqlaşdırmağı qarşısına məqsəd qoymuşdur.
Müvəkkilim haqqında ortaya atılan iddialar qətiliklə əsassızdır".

Gülənin məktəblərinə
basqın oldu

Maraqlıdır ki, məhz bu arada ABŞ-ın Federal Həhqiqatlar Mərkəzi (FBİ) Fətullah Gülənlə bağlantısı olduğu iddia edilən məktəblərə basqın təşkil edib.
Türkiyə mətbuatının məlumatına görə, yerli mətbuatda yer alan xəbərlərə görə FBİ agentləri Luiziana ştatında yerləşən məktəbdə axtarış apararaq bəzi sənədləri müsadirə edib. Axtarışlar Texas ştatıdakı bir məktəbdə də həyata keçirilib. FBİ əməliyyatın səbəbini açıqlamasa da, mətbuatda yer alan xəbərlərə görə səbəb, məktəbdə işləyənlərin maaşlarının bir qismi Gülənin hərəkatının hesabına yatırılmasdır.
ABŞ-in bir çox ştatında dövləttən fond alan məktəblərin Gülənin hərəkətı ilə bağlantısı olduğu bu günə qədər təsdiqlənməyib.
Yerli mətbuat FBİ-nin hələ 2011-ci ildə sözügedən məktəblərdə işləyənlərin maaşlarının bir hissəsinin Gülən hərəkatına verilməsi səbəbi ilə tahqiqat başlatdığını yazırdı.

Murad İbrahimli