İndi də Müsavatdan istefalar başladı
11:46 21-12-2013
İQTİSADİYYAT
İndi də Müsavatdan istefalar başladı
Başqan müşaviri getdi
Prezident seçkiləri sona çatdı və gözlənildiyi kimi müxalifət bu seçkilərdən demək olar ki, ümumiyyətlə çıxa bilmədi. Yenə məglubiyyət və parçalanmalar müşahidə olundu və ötən məğlubiyyətlərlə müqayisədə bu dəfə daha çox itkilər müşahidə olundu. Belə ki, öncə AXCP sədrinin müavini və kifayət qədər radikal bəyanatları ilə yadda qalan Asəf Quliyev istefa verdi və istefadan sonra verdiyi açıqlamalarda açıq şəkildə artıq bu düşərgəyə inanmadığını etiraf etdi. Bundan sonra həbsdə olan 3 gənc AXCP üzvü partiyadan istefa verdilər və prezidentə əfvlə bağlı müraciət etdilər.
Nəhayət dünən İsa Qəmbərin müşaviri Yeganə Hacıyeva Müsavat partiyasından istefa verib. Bu barədə Yeganə Hacıyeva Facebook hesabında yazıb:- "Dostlar, bir neçə həftədir hər şey barəsində ətraflı düşünmək imkanım oldu və düşündüm. Yaşadığımız siyasi hadisələri analiz etdim və bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldım. Nəhayət, qərara aldım ki, Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır. Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış, ona doğru istiqamət verməyə, onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda həyata keçirə bilmirəm və bu gündən müstəqil olduğumu bəyan edirəm. Bu başdan bəyan edirəm ki, heç bir ittihama cavab vermək fikrim yoxdur. Cəmiyyət üçün daha faydalı qərarların yanında olmağım və icrasında iştirakım hər şeyə aydınlıq gətirəcək". Ekspertlər hesab edir ki, bu istefaların sayı daha da artacaq. Çünki müxalifət düşərgəsində olanlar artıq hiss edirlər ki, apardıqları mübarizə düzgün deyil və bunun heç bir nəticəsi olmayacaq. Bunun isə bir sıra səbəbləri var. İlk səbəb budur ki, müxalifət bir araya gələ bilmir və münasibətlərdə səmimilik yoxdur. Məhz buna görədə qarşılıqlı inamsızlığa görə mərkəzləşmiş fəaliyyət göstərə bilmirlər. Hərçəndki bu seçkilərdə Milli Şura yaradılmışdı və əksəriyyət düşünrdü ki, müxalifət bu dəfə vahid gücə çevriləcək. Amma aydın oldu ki, bir araya gələn qüvvələr yenə də yanaşı yox üz-üzə dururlar və istənilən fürsətdə bir-birilərinə ağır zərbələr vururdular. Nəticədə Milli Şura faktiki olaraq AXCP ilə Müsavat arasında bölüşdürüldü. Bunu görən sıravi müxalifətçilərdə sözsüz ki, bir inamsızlıq yarandı. Bundan başqa aydın oldu ki, müxalifət kəsimi ilə cəmiyyət arasında dərin bir uçurum var. Dəfələrlə müxalifət mitinqlər təşkil etsədə cəmiyyət bu aksiyalara maraq göstərmədilər. Buda onu sübut edir ki, müxalifət əslində cəmiyyətin istədiyini ona vermək gücündə deyil. Sıravi müxalifətçilər cəmiyyətdən nə qədər qopduqlarını görəndən sonra apardıqları mübarizənin mənasızlığını hiss etdilər və beləcə passivlik artmağa başladı. Müxalifətçilərin bu düşərgəni tərk etmələrinin bir səbəbi də xarici faktorlarla bağlıdır. Belə ki, hər dəfə seçkilərdən öncə müxalifət liderləri belə rəy yaradırlar ki, güya beynəlxalq güclər müxalifətin yanındadır və seçkilərdə dəstək alacaqlar. Elə bu seçkilərdə də ən yüksək səviyyədə bəyan etdilər ki, qərb və ABŞ kəsinliklə müxalifətə dəstək verəcək və mövcud hakimiyyətə qarşı addımlar atılacaq. Amma aydın oldu ki, istər qərb, istərsə də ABŞ bu gün İlham Əliyevə heç kimi alternativ görmürlər və bu səbəbdən İlham Əliyevə açıq dəstəklərini verdilər. Məhz bu amil müxalifət daxilində olan inamı sıradan çıxartdı. Nəhayət bu istefaların sırf psixoloji tərəfləri də mövcuddur. "Seçim" Psixoloji Mərkəzinin direktoru Türkan Azad "Unikal"a verdiyi açıqlamada bildirdi ki, müxalifət 20 ildir ki, bir düşərgədədir və bu insanların psixikasına ciddi təsir edir:-"Nəzərinizə çatdırım ki, eyni mühitdə 20 il qalmaq bu insan psixikasına ağır zərbədir. Belə insanlarda ciddi aqressiya ilə yanaşı bir ümidsizlikdə olur.Nəticədə istənilən qərarı çıxara bilirlər və bu qərarlar heç də reallıqla üst-üstə düşmür. Çünki daima hansısa xəyallar qururlar və nəticədə özlərindən aslı olmayaraq halusinasiyaya qapılmış şəkildə olurlar. Buna görə də düşünürlər ki, qarşıdakı yüksəkliyə çıxmaqla işlərini bitirəcəklər. Amma o yüksəkliyə çıxandan sonra aydın olur ki, qarşıda növbəti yüksəklik var. Bununla da tam olaraq ümidsizlik və depresiya
halları baş verir". Gördüyünüz kimi bu gün müxalifət kifayət qədər ciddi sarsıntılar içindədir və hesab etmək olar ki, bu istefalar davamlı olacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53