Erməni Ermənistana yox, azərbaycanlıların diasporasına pul ayırdı
12:14 25-12-2013
İQTİSADİYYAT
Erməni Ermənistana yox, azərbaycanlıların diasporasına pul ayırdı
Ermənilər Ermənistandan imtina edir
Son zamanlar erməni diasporasında ciddi çatların yaranması ilə bağlı informasiyalar səslənməkdədir və bildirilir ki, yaranan narazılıqlar Ermənistan rəhbərliyi ilə bağlıdır. Bu fakt ilk dəfə dünyaca məhşur olan müğənni Şarl Aznavur tərəfindən səsləndirildi. Müğənni açıq şəkildə bəyan etdi ki, ermənilərə qarşı soyqırımı türklər yox, indiki Ermənistan rəhbərliyi edir. Onun fikrincə ölkədə ki, korrupsiya o həddə çatıb ki, sadə vətəndaşlar Ermənistanı tərk etmək zorunda qalıbar.
Buna görə də o, bundan sonra Ermənistan iqtisadiyyatının inkişafı üçün təşkil edilən xeyriyyə toplantılarında iştirak etməyəcəyini və bir manatda olsa pul ayırmayacağını söylədi. Bunu isə belə əsaslandırdı ki, yığılan pullar erməni xalqına yox Serj Sarksyana çatır. Şarl Aznavurun bu açıqlamasını bir sıra erməni milyonerləri də dəstəklədilər. Nəticə də artıq ikinci ildir ki, Ermənistan Avropada xeyriyyə marafonları təşkil edə bilmirlər. Amma deyəsən tək Avropada yox, elə MDB ərazisində də erməni milyonerlər Ermənistana və diaspora təşkilatlarına pul ayırmaqdan imtina etməyə başlayıblar. Bu günlərdə isə Ukraynada şok olay baş verib. Belə ki, Ukraynanın Luqansk şəhərində erməni iş adamı həmyerliləri ilə arasında yaranmış fikir ayrılığına görə maraqlı jest edib.Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev açıqlamasında bildirib ki, erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmır) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürüb.Köçürülən vəsaitin məbləği açıqlanmır.O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini deyib.İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirib.Maraqlıdır, erməni lobbilərinin və milyonerlərinin Ermənistandan artıq imtina etməsinin səbəbləri nədir? Ekspertlər hesab edir ki, bu ilk növbədə ölkədə ki, korrupsiya ilə bağlıdır. Belə ki, dünya ermənilərindən pul dilənən Serj Sarksyanın və qardaşının milyonlarla manat dəyərində bizneslərinin olduğu ortaya çıxıb. Bildirilir ki, yalnız Batumi və Soçi kimi istirahət mərkəzlərində Serj Sarksyanın turizm şəbəkəsinin, otellərinin dəyəri 20 milyon dollardan çoxdur. Və qəribədir ki, vəzifəyə gələnə qədər onun imkanları çox məhdud olub. Belə olan halda açıq şəkildə görünür ki, Serj Sarksyan bu pulu korrupsiya yolu ilə əldə edib. Erməni milyoneri isə bunu görür və göndərdiyi pulun xalqa yox, Serj Sarksyanın biznesinə yönəldiyini anlayır. Belə olan halda nəyə görə pulunu kimlərəsə yedizdirməlidir- sualını özünə verib, pul ayırmaqdan imtina edir. Digər vacib məqamlardan biri isə budur ki, artıq Ermənistan erməni milyonerləri qondarma soyqırımla aldada bilmir. İllər boyu qondarma erməni soyqırımından imtina edən Ermənistan rəhbərliyi bu yolla milyonlara sahib olurdular. Bu gün isə erməni iş adamları mənasız erməni soyqırımının qurbanına çevrilməyin mənasızlığını anlayır və bu prosesdən imtina edirlər. Bu gün istər Türkiyə, istərsədə Azərbaycan iş adamları üçün sözün həqiqi mənasında əsl biznes mərkəzləridir. Amma qondarma erməni soyqırımına, Dağlıq Qarabağ iddialarına görə onlar bu imkandan istifadə edə bilmirlər. Adi bir fakta baxaq. Bakı-Ceyhan neft kəmərinin sayəsində bu gün Gürcüstan büdcəsi özünü doğrulda bilir. Məhz bu kəmərin mövcudluğuna görə Gürcüstan enerji problemlərini həll edə bilir. Amma Ermənistan bu cür iri layihədən kənarda qalıb və nəticədə göz qabağındadır. Bunu artıq erməni ziyalıları başa düşür və buna görə lobbi oynundan kənarda durmağa çalışırlar. Və yaxud düşmən hesab etdikləri Türkiyəni götürək. Aydın olur ki, Ermənistanı tərk edən ermənilərin böyük bir qismi məhz Türkiyədə çörək qazanmağa başlayıblar. Hətta buda aydın olub ki, bu günün özündə 80 min erməni qeyri-qanuni şəkildə Türkiyədə yaşayır. Belə olan halda sadə erməni üçün Türkiyə artıq düşmən ölkə yox, dolanışığını təmin etdiyi ölkəyə çevrilir. Məhz bu səbəblərə görə də hazırda lobbiçilik oyunu tam fiaskoya uğrayır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23