Əli Kərimlinin Anar Məmmədli projesi
14:20 27-12-2013
İQTİSADİYYAT
Əli Kərimlinin Anar Məmmədli projesi
Yaradılan şəbəkə çirkli pulları hakimiyyət çevrilişinə yönəldir
ABŞ dövlət Departamentinin Azərbaycanla bağlı son bəyanatı kifayət qədər gözlənilməz və ilk dəfə idi ki, açıq şəkildə Azərbaycanın daxili işlərinə cəhd kimi dəyərləndirildi. Diplomatik etik qaydalara sığmayan və nota hədli bu bəyanatda ABŞ, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin dərhal azadlığa buraxılmasını tələb etdi. Amma Azərbaycan tərəfi ABŞ-in bu cür məntiqsiz tələbinə kifayət qədər sərt reaksiya verməklə öz mövqeyini bir daha açıq şəkildə göstərdi.
Rəsmi reaksiyalar.
Azərbaycanın Xarici İşlər Nazirliyindən gəldi. Açıqlamada deyilir: - "Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Azərbaycanda qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və onun işinə müdaxilənin qəbuledilməzliyi və bütün vətəndaşların qanun qarşısında bərabərliyi tam şəkildə təmin olunub.Məhkəmə hakimiyyətinin işinə və istintaqın gedişinə müdaxilə xarakterli bəyanatların səsləndirilməsi, cinayət işinin mahiyyətinin siyasiləşdirilməsi və siyasi fəaliyyətlə cinayət tərkibli əməllərin eyniləşdirilməsi yönümlü addımların atılması və məhkəmə orqanları tərəfindən fərqli qərarlar qəbul edilməsinə dair çağırışların edilməsi ilk növbədə Azərbaycan Respublikasının suverenliyinə hörmətsizlik əlaməti olaraq, tamamilə qəbuledilməz və əsassız hesab olunur və şantaj kimi qiymətləndirilir". Növbəti reaksiya isə Prezident Admnistrasiyasından gəldi. "Azərbaycan cəmiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin dəyərləndirmələrini və bəyanatlarını mənasız, əhəmiyyətsiz məsələ hesab etmir".Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.Şöbə müdiri qeyd edib ki, Azərbaycan hakimiyyəti bu bəyanatları öyrənir və dəyərləndirir: "Biz bu bəyanatlarda səsləndirilən fikirləri təhlil edirik. Lakin Azərbaycan cəmiyyətinin özünün idarə olunma metodları, prinsipləri və qanuni əsasları var. Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmazdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alır. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazimi açıqlamanı verib və təhqiqat gedir. Başqa yeniliklər olacaqsa, bununla bağlı da açıqlamalar veriləcək".
Rəsmi ittiham
Yazının girişində nəzərinizə çatdıraq ki, Anar Məmmədli aşağıdakı əsaslarla həbs edilib. Bildirilir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini və "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 213.2.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb
İşin təfsilatı
Araşdırmalardan aydın olub ki, hüquqi qeydiyyatı olmayan "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib.
Bundan sonra, Bəşir Süleymanlının "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163250 ABŞ dolları onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109529 manat məbləğində gəlir əldə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur.
Milyonların yol xəritəsi
və ya Əli Kərimlinin hörümçək toru
Gördüyünüz kimi ortada 200 min dollardan çox pul var və bu pulların Azərbaycanda nələrə sərf olunduğu tam çılpaqlığı ilə hələ aydın deyil. Amma bu aydındır ki, xarici təşkilatlardan müxalifətin pul əldə etməsi və onların maraqlarını həyata keçirtməsi təcürbəsi çoxdan var və bu sistemi ilk yaradan AXCP-in sədri Əli Kərimli oldu. 1998-ci ildən başlayaraq AXCP sədri Əli Kərimli kökü şübhəli bilinən beynəlxalq təşkilatlarla gizli əlaqələr qurdu. "Unikal"ın apardığı araşdırmalara görə o zaman Əli Kərimli 5 QHT-in yaranmasına nail oldu. Heç bir qeydiyyatı olmayan bu təşkilatlar "Soros","Marşal","Fredom Haus" fondlarından, həmçinin Milli Demokratiya İnstitutundan təxmini hesablamalara görə bir neçə il ərzində 50 milyon manata yaxın pul əldə etdilər. Əli Kərimli bu işlərin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi üçün hazırda Türkiyədə Əli Kərimlinin biznesini idarə edən, o zamankı müavini Fuad Mustafayevi ümumi rəhbər təyin etdi. Bununla da Əli Kərimli bir hörümçək toru yaratdı və əldə edilən milyonlar hakimiyyəti ələ keçirtməyə sərf olundu. Amma nəticə istədiyi kimi olmadı.Çünki xarici himayədarlar Əli Kərimlidən daha konkret nəticələr tələb etdilər bu isə alınmadı ki, alınmadı. Çünki pulların bir hissəsi ölkədə dağıdıcılıq missiyası üçün xərclənirdisə, bir hissəsi də onun şəxsi biznesinə yönəldilmişdi və bu yaxınlarda aydın oldu ki, səfalət içində yaşayan cəbhəçilərin lideri Əli Kərimli 8 milyon manatlıq sərvətə sahibdir. Hadisələrin bu şəkildə inkişafına görə Milli Demokratiya İnstutunun təmsilçisi, əslində isə Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Aleks Qriqoryevs Azərbaycana gəldi.
Yeni şəbəkələrin
qurulması prosesi
Aleks Qriqoryevs Azərbaycanda apardığı araşdırmalardan sonra iki istiqamətdə fəaliyyət sistemi yaratdı. "Unikal"ın araşdırmaları təsdiqləyir ki, xətlərdən biri siyasi partiyaları gizli şəkildə maliyyələşdirməklə məqsədlərinə xidmət etdirmək idisə, ikinci xətdə gənclərin səfərbər olunması və təşkilatlar formasında fəaliyyətlərini tənzimləmək idi. Anar Məmmədli faktoruda məhz bu məqamda daha çox qabarmağa başladı. Bu gün Anar Məmmədlinin xarici tşkilatlardan 200 min dollardan çox pul aldığı və bunu təyinatı üzrə xərcləmədiyi bildirilir. Amma artıq 5 ildən çoxdur ki, ABŞ MKİ-in maraqlarını həyata keçirən Anar Məmmədlinin bu illər ərində aldığı pulların nəyə xərcləndiyi yada düşmür. Amma adi hesablamalar aparmaqla görmək olar ki, Anar Məmmədli 5 il ərzində müxtəlif layihələr adı altında 5 milyon manata qədər pul əldə edib. Bu pullar isə sözsüz ki, baza yaratmağa və həssas məqamlarda hakimiyyət əleyhinə yönəldilməyə sərf olunub. Elə "NİDA" təşkilatını buna misal çəkmək olar.
Təkzibə arayış
Anar Məmmədli məsələsində aydın oldu ki, bu gün qanunvericilik bazasında ciddi boşluqlar mövcuddur. Belə ki, qeydiyyatı olmayan bir təşkilatın xarici donorlardan pul alması sözsüz ki, absurddur və bu gün bu absurdluğun şahidi oluruq. İlk növbədə ona görə ki, bu pulların xərclənməsinə nəzarət sadəcə mümkünsüzdür. Ona görə ki, pulu verən donorla, pulu alan şəxs, məsələn Anar Məmmədli öz aralarında razılığa gəlir və elə hesabat hazırlayırlar ki, güya pullar təyinatı üzrə xərclənib. Əslində isə ortada olan pullar tamam başqa maraqlar üçün sərf olunur. Hətta indi aydın olur ki, bu pulların bir qismi seçkilər zamanı AXCP-yə verilib və bundan sonra partiya qərargah problemini həll edib. Bir incə məqamada diqqət ayıraq ki, uzun illər Azərbaycanda bəzi təşkilatlara maliyyə ayıran donor qurumların bəzilərinin arxasından sonra erməni kəşfiyyatı çıxdı. Çox təəssüflər ki, bundan sonra da qanunvericilik bazasında dəyişikliklər edilmədi.
Əli Kərimlinin qurbanlığı
Bu gün ATƏT seçkilərlə bağlı yekun hesabatını yayıb. Amma yayılan hesabat əslində seçki sona çatmamış AXCP sədri Əli Kərimlinin elan etdiyi tezislərdən və seçkilərdən bir gün sonra Anar Məmmədlinin yaydığı hesabatın sadəcə olaraq "ksero kopyasıdır". Bu isə şəbəkənin hansı formatda olduğunu və əsas məqsədin nə olduğunu aydın şəkildə göstərir. Görünən bəs nədir? Görünən budur ki, hələ seçkilərdən öncə ABŞ-da müəyyən dairələr Azərbaycana təzyiq etmək və seçkilərdən sonra maraqlarını təmin etdirmək üçün belə bir ssenari hazırlayıblar. Hətta bunu da qeyd edək ki, seçki günü Anar Məmmədlinin rəhbəri olduğu təşkilat 300 gənci səfərbər edərək müxtəlif məntəqələrə yollayıblar. Məqsəd istənilən halda məntəqələrdə gərginlik yaratmaq və bunu seçki pozuntusu kimi dəyərləndirmək olub. Amma bu prosesi sona qədər təmin edə bilmədilər.
Qonşularda MKİ izi
Bu gün Türkiyədə və Ukraynada baş verənləri görürsünüz. Açıq şəkildə hər iki dövlətin daxili işlərinə müdaxilənin, dövlət olaraq alçalmalarının şahidi oluruq. Əslində Anar Məmmədlinin də təmsil olunduğu bu şəbəkə Azərbaycanda da eyni prosesi təkrarlamalı idi. Amma cəmiyyətin dəstəyini ala bilməyən bu şəbəkə iflasa uğradı. Bu gün ABŞ Dövlət Departamentinin kobud şəkildə Azərbaycanın daxili işlərinə qarışaraq Anar Məmmədlinin azadlığını tələb etmələri isə bir daha sübutlayır ki, ABŞ əlamanlarından imtina etmək niyyətində deyil və qarşıda bizi daha gərgin anlar gözləyə bilər. Bu baxımdan Azərbaycan rəhbərliyinin ABŞ Dövlət Departamentinin bəyanatına sərt reaksiya verməsi yerində atılan addımdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53