Milli Şurada talış separatizmi
11:14 18-01-2014
İQTİSADİYYAT
Milli Şurada talış separatizmi
Növbti parçalanmaya az qaldı
Milli Şura Müsavatsız yolunu davam etdirəcəyini nümayiş etdirdi. Amma ilk andaca müəyyən çatlar yenidən ortaya çıxdı. Aydın oldu ki, Eldəniz Quliyev istisna olmaqla “El” hərəkatının digər üzvləri, o cümlədən Eldar Namazov Milli Şuradan kənarda durmağa üstünlük verdilər. Bu isə açıq şəkildə sübutlayır ki, bu hərəkatda Milli Şuradan tamamı ilə uzaqlaşacaq.
Həmçinin aydın oldu ki, “El” hərəkatında başqa birt problemdə ortaya çıxacaq. Bu isə talış separatizmi ilə bağlı artıq müəyyən fikirlərin səsləndirilməsidir. Belə ki, Milli Şura üzvlərindən Eldəniz Quliyev və Mehdibəy Səfərov talış milli azlığı ilə bağlı zaman-zaman süni bəyanatlar verməklə yadda qalıblar və artıq onların bu əməllərinə qarşı konkret etirazlarda yaranıb.Bu etiraza isə qarşı tərəfin ittihamı daha sərt olub. Belə ki, Milli Şuranın üzvü, “Azəri-Talış” İctimai birliyinin sədri Mehdibəy Səfərov Milli Şuradan çıxacağı ilə bağlı bəyanat verəcək: “Bu məsələlərlə bağlı bəyanat verəcəyəm. Milli Şuranın üzvü Hacıbaba Əzimov dünən keçirilən sessiyada çıxış etməyib. Mən onun Milli Şuranın rəhbərliyində təmsil olunmasının da əlehinə olmuşam. Hacıbaba Əzimov Azərbaycanda cağdaş cəmiyyətin quruculuğunda, insan haqlarının tanınmasında, demokratik proseslərdə əlehinə çıxış edib. Mən istəmirəm ki, o, Milli Şuranın rəhbərliyində təmsil olunsun. O, həmişə mətbuata açıqlamasında Milli Şurada xarici ölkəyə işləyənlərin olduğunu deyib. Mən ondan xahiş edirəm ki, belə adamların adını açıqlasın. Amma Hacıbaba Əzimov bu adamların adını demir”.M. Səfərov bildirib ki, Hacıbaba Əzimov Azərbaycanda milli birliyin əlehinə olan insandır: “Biz Azərbaycanda ümumu birlik olmasını istəyirik. Bu barədə dünənki Milli Şuranın sessiyasında da dedim. Hacıbaba Əzimov isə Azərbaycanda bölücülüklə məşğuldur. Beləliklə də, xalqlar arasında nifaq toxumu səpir. İstəyir ki, öz əməllərini başqasının üstünə yıxsın. Bu da onda alınmayacaq”. Qeyd edək ki, Milli Şuranın dünən keçirilən sessiyasında qurum üzvü Mehdibəy Səfərov digər həmkarı Hacıbaba Əzimovun Şuranın Koordinasiya Şurasında təmsil olunmasının əleyhinə çıxış edib: “Hacıbaba Əzimovun adı oradan çıxarılmalıdır. Milli-etnik münaqişə yaradan adam buranın üzvü ola bilməz. Hacıbaba Əzimov Milli Şurada olan şəxslərdən xarici kəşfiyyata işləyənlərin olduğunu deyib. Bunların adını açıqlasın”. Bunu da qeyd edək ki, bir neçə ay öncə Eldəniz Quliyev adında “talış” sözü olan təşkilatda yaratmışdı. Müşahidəçilər bildirir ki, Eldəniz Quliyevə zərrə qədər şans yaratsalar o, ikinci Əlikram Hümbətov olacaq. Məhz bu səbəbdən hesab edilir ki, Milli Şurada olan milli simalarla, kosmopolitlərin savaşı qaçımaz olacaq və Milli Şura növbəti dəfə parçalanmaya məruz qalacaq. Nəhayət bu gün Milli Şurada təmsil olunan Azad Demokratlar Partiyasıda özünü şübhəli aparır. Belə ki, Milli Şuraya müxtəlif tələlər yönləndirirlər və təxmini düşüncələrə görə yaxın günlərdə onlar Milli Şuranı boykot edəcəklər. Məsələ ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynlidə Milli Şuranın gələcəyi ilə bağlı heç də müsbət fikirdə olmadığını bildirdi:-“Mən Müsavat partiyasının fəaliyyətinin şişirdilməsinin tərəfdarı deyiləm və Müsavatsız Milli Şuranı faciə kimi də qəbul etməyi yanlış sayıram. Bununla yanaşı həm də Milli Şuranın gələcəyinə inamım yoxdur. Bunun isə bir sıra ciddi səbəbləri var. İlk növbədə ona görə ki, Milli Şurada olan partiyalar təşkilati baxımdan yaxşı formada deyillər və hər gündə üzvlərini itirə-itirə gedirlər. Son aksiyalarda da gördünüz ki, 2-3 mindən çox adam toplaya bilmirlər. Una görə də hesab edirəm ki, Milli Şura mövzusu qeyri-ciddi mövzudur. Bundan başqa hazırda Milli Şurada təmsil olunan partiyalarında bir-birinə inamları yox dərəcəsindədir və bir müddətdən sonra yenə də qarşılıqlı ittihamların şahidi olacağıq”. Bunu da xatırladaq ki, hazırda Milli Şurada təmsil olunan AXCP ilə KAXCP arasında illərin ədavəti var və çox böyük ehtimal ki, yaxın günlərdə iki partiya arasında növbəti savaş başlayacaq. Sonda bunu da qeyd
edək ki, Rüstəm İbrahimbəyov yenidən Milli Şuranın fəxri sədri oldu. Amma ekspertlər hesab edir ki, bu Milli Şuranın inkişafına yox, ziyanına işləyəcək. Çünki Rüstəm İbrahimbəyov açıq şəkildə Rusiyanın adamı kimi qəbul edilir və bundan sonra Milli Şuraya qarşı Rusiya projesi ideyası daha çox istifadə olunacaq. Bunu da qeyd edək ki, öncələr Milli Şuraya cəmiyyətdə bir inam varıydısa, məhz Rusiya projesi məsələsindən sonra bu inam yoxa çıxdı. Hətta Milli Şuranın Koordinasiya şurasının üzvü Mehman Əliyevdə qurumun gələcəyinə şübhə ilə yanaşır:-“ Milli Şuranın sessiyasında yeni bir şey görmədim. Uzun-uzadı müzakirələr, qarşılıqlı ittihamlar və bu kimi proseslər cərəyan etdi. Dünənki sessiyadan Milli Şuranı gələcəyi ilə bağlı heç nə demək mümkün deyil.Sessiyada daha çox Koordinasiya Şurasında kimlərin təmsil olunacağı ilə bağlı müzakirələr aparıldı. Yəni ümumi götürsək, konkret bir şey baş vermədi. Bu baxımdan Milli Şuranın gələcək işi yaradılan Koordinasiya Şurasının və digər şəxslərin görəcəyi işdən asılıdır. Düşünürəm ki, dünənki sessiyada köklü heç nə dəyişmədi”. Politoloq Zəfər Quliyevin “Unikal”a dediyinə görə, Milli Şuranın son sessiyasını diqqətlə izləyib və qurumda baş vermiş dəyişikliklərdən də xəbərdardır: “Mən də hesab edirəm ki, son sessiya gözləntiləri doğrultmadı və köhnə problemləri həll etməyin əvəzinə əlavə problemlərlə üzləşdi. Təəssüf ki, toplantıda yenə də qarşılıqlı ittihamlar, saayğısızlaqlar qeydə alınıb. Buna görə də mən Milli Şuranın perspektivinə şübhə ilə yanaşıram”.
Politoloqun sözlərinə görə, “Ola bilsin ki, gələcəkdə Milli Şuranın işində və strukturunda ciddi dəyişiklikərin edilməsi hesabına nələrəsə nali ola bilə. Lakin qurumun indiki halda nümayiş etdirdiyi potensial bu nikbinliyə qapılmağa az əsas verir. Ümidlər var idi ki, yeni-yeni siyasi güclərin cəlb edilməsi hesabına qurumun fəaliyyətində koordinal dönüş yaranacaq. Amma hələ ki bu quruma gələnlər yoxdur, əksinə, üç nəfər orabnı tərk etdi”.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53