Müdafiə Nazirliyi müdafiəsiz qalıb
11:21 18-01-2014
CƏMİYYƏT
Müdafiə Nazirliyi müdafiəsiz qalıb
Hərbi sirləri kimlər yayır?
Yeni Müdafiə naziri Zakir Həsənovun işləri deyəsən heç də uğurla getmir. Demək olar ki, nazirin kadr islahatları birmənalı qarşılanmır və bu təyinatların arxasında baş qərargah rəisi Nəcməddin Sadıqovun durduğu deyilir. Bundan başqa Zakir Həsənov nəzarətini gücləndirsədə əsgər ölümlərinin qarşısını ala bilmir və bəzi məqamlarda ötənlərlə müqayisədə daha çox olur.
Hərbi ekspertlər bunu təhlükəli hal kimi dəyərləndirirlər və konkret addımların atılmasının zəruriliyini vurğulayırlar. Bu arada isə məlum oldu ki, Zakir Həsənovda elə cəmiyyətdən, daha doğrusu mətbuatdan narazı qalıbmış. Verilən son bəyanatda bunu təsdiqləyir. Belə ki, Müdafiə Nazirliyi kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət etdi. Müraciətdə deyilir:-“Son vaxtlar Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif məzmunlu məlumatlar dərc olunur, elektron mediada və sosial şəbəkələrdə yerləşdirilir.
Bu xəbərlərin əksəriyyəti hərbi sahədə dövlət sirri təşkil edən məlumatlar olmaqla hərbi hissələrin dislokasiya yerləri, komandanlıq və xidmət üzrə yerdəyişmələr barədə informasiyaları əhatə edir.
Bundan əlavə 2013-cü ilin oktyabr ayının sonunda müdafiə naziri ilə heç bir əlaqəsi olmayan Facebook.com sosial şəbəkəsində "General-Polkovnik Zakir Həsənov" adlı səhifə yaradılıb.
Təssüflər olsun ki, Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə Silahlı Qüvvələr haqqında məlumatlar yayarkən dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmaları dəfələrlə tövsiyə edilməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır.
Bunun nəticəsində isə əksər hallarda düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə Silahlı Qüvvələrimiz haqqında məlumatları (komandanlıq, şəxsi heyət, hərbi hissələrin yerləri və s.) heç bir çətinlik çəkmədən toplamaq imkanı əldə edir.
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırır, bu məsələlərə milli təhlükəsizlik mənafelərinin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etmələrini xahiş edir”. Amma Müdafiə Nazirliyinin bu bəyanatı ekspertlər tərəfindən normal qarşılanmayıb. Çünki bu informasiyalar əslində elə nazirliyin özündən ötürülür. Onda belə çxıır ki, Müdafiə Nazirliyində dövlət və həri sirləri yayan şəxslər var və bu sadəcə olaraq real təhlükə kimi qiymətləndirilməlidir. Çünki jurnalistə sirr satan zabit, sabah hansısa ölkənin xarici kəşfiyyatınada sirr sata bilər. Hərbi ekspert Üzeyir Cəfərli “Unikal”a bildirib ki, qısa müddətdə 3 dəfə Müdafiə Nazirliyinin belə bəyanat yayması başa düşülən deyil:-“Mən anlaya bilmirəm,nazirlik hansı səlahiyyətlə qəzetlərə yasaq qoya bilər? Müdafiə Nazirliyi problemi başqa cür həll etməlidir. İlk növbədə aydınlaşdırılmalıdır ki, bu məlumatlar mətbuata necə sızdırılır? Halbu ki, informasiya təhlükəsizliyini qoruyan qurumlardan elə biri də Müdafiə Nazirliyi olmalıdır. Amma biz bunun əksini görürük. Bu gün iki sayt var ki, Müdafiə Nazirliyində olan məlumatları qısa müddətdən sonra yaya bilirlər. Buna önəm vermək lazımdır. Öncələr bu informasiya sızıntısı bunlara sərf edirdi, indi isə daha nəzarət edə bilmədiklərini görüb, bəyanat verirlər. Bu gün Müdafiə Nazirliyinin saytı var və insanlar informasiyanı oradan almalıdırlar. Amma baxın görün o saytın durumu nə yerdədir? O boyda saytda Müdafiə Nazirliyinin yalnız iki nümayəndəsi haqqında informasiya və şəkil var. Bunlardan biri Zakir Həsənov, digəri isə Nəcməddin Sadıqovdur. Bəs yerdə qalanlar hanı? Heç olmasa açıb Rusiya Müdafiə Nazirliyinin saytına baxsınlar.Bütün bunlar isə onu göstərir ki, nazirlik mətbuatla işləyə bilmir. Nazirliyin mətbuat xidməti işini qura bilməyib və nəticədə bu cür hallar ortaya çıxır. Buna görə də mətbuatı ittiham etmək əvəzinə real iş görmək lazımdır ”. Bunu da qeyd edək ki, həqiqətən də müdafiə Nazirliyində baş verən istənilən proses bir neçə dəqiqədən sonra mətbuatda dərc olunur. Buda onun təsdiqidir ki, nazirlikdə informasiya təhlükəsizliyi yox dərəcəsindədir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33