ABŞ-də dovşanların dəhşətli görünüşünü əks etdirən fotoşəkilləri geniş panikaya səbəb olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər başlarında şişlər və qara buynuza oxşar çıxıntılar olan dovşanlara "əl vurmayın" xəbərdarlığı edib. 

Bildirilir ki, sözügedən heyvanlar CRPV virusuna yoluxub. Dovşanları görənlər onların "zombi"ləşdiyini iddia ediblər. Lakin mütəxəssislər bu halın baş vermədiyini açıqlayıblar.  

Qeyd olunur ki, pambıq quyruğu papilloma virusunun (CRPV) yaratdığı xəstəlik dovşanların birbaşa təması ilə deyil, ağcaqanad və gənələr vasitəsilə yayılır.