Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində sürücü polisə müraciət edərək “Lada Granta” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

"Unikal" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı E.Abdullayev saxlanılıb. Nəqliyyat vasitəsi aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.