Dövlət vəsaitlərinə necə nəzarət etməli?
11:33 18-01-2014
İQTİSADİYYAT
Dövlət vəsaitlərinə necə nəzarət etməli?
Bakıda bununla bağlı konfrans keçirildi
Dünən Bakıda "Dövlət vəsaitlərinə effektiv nəzarət sistemi" (IVENS) layihəsi çərçivəsində konfrans keçirilib. Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihə ictimai vəsaitlər üzərində ali audit institutlarına dair beynəlxalq təcrübəni təqdim etmək və Azərbaycanda kənar nəzarəti təkmilləşdirmək üçün layihə çərçivəsində hazırlanmış tövsiyələri müzakirə etmək məqsədi daşıyıb.
Tədbir zamanı dövlət maliyyə siyasəti və idarəetmə sahəsində beynəlxalq təcrübənin tətbiqi üzrə nəticələr və kənar nəzarətin səmərəliliyinin artırılmasına dair layihə çərçivəsində hazırlanan tövsiyələr paketi təqdim və müzakirə olunub.
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov bildirib ki, bu konfrans kənar nəzarət probleminə həsr olunub. Onun sözlərinə görə, kənar nəzarət dedikdə, bu, Milli Məclis, Hesablama Palatası və ictimai nəzarətə aiddir: "Konfransda bu dövlət qurumlarının maliyyə vəsaitlərinə nəzarət və yaranan problemlər barədə danışacağıq".
O bildirib ki, layihə ilə bağlı tədqiqatlar aparılıb, dövlət vəsaitlərinə kənar nəzarətlə bağlı beynəlxalq təcrübədən danışılacaq.
Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə bildirib ki, dövlət büdcəsi üzərində kənar nəzarətin olması çox vacibdir. Onun sözlərinə görə, son zamanlar artan bu vəsaitlərin və maliyyə axınına nəzarəti aparmaq xeyli çətindir: "Hətta bu nəzarəti gücləndirmək üçün biz qanun layihəsinin hazırlanmasına çalışırıq və bu qanun layihəsinin hazırlanması üzərində Maliyyə Nazirliyi ciddi işlər aparır".
Avropa Birliyinin Bakı nümayəndəliyinin Əməkdaşlıq Departamentinin rəhbəri Federiko Berna qeyd edib ki, AB Azərbaycanda gedən bu prosesləri yaxından izləyir: "Daxili audit, vergi sahəsində ölkədə aparılan işlər, Tvininq layihəsi, Azərbaycanda aparılan korrupsiya ilə bağlı mübarizədə irəliləyişlər var. Biz də bu yaxından prosesləri izləyirik və dövlət qurumları ilə cəmiyyətin yaxınlaşması, daha açıq cəmiyyətin olmasına çalışırıq. Ötən ilin bəzi göstəriciləri bizi tam qane etməyib və istərdik ki, bu daha yaxşı və irəliləyiş olsun".
F.Berna deyib ki, AB Azərbaycanda bütün sahələrdə aparılan işlərə hər zaman dəstək verməyə hazırdır.
Hesablama Palatası hüquq və dövlət qulluğu şöbəsinin müdiri Faiq Nəcəfov da bir dövlət qurumu olaraq vətəndaş cəmiyyəti üçün hər zaman açıq olduqlarını qeyd edib.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53