Rusiyaya NATO təhlükəsi
11:39 18-01-2014
CƏMİYYƏT
Rusiyaya NATO təhlükəsi
Moskvanın qorxduğu başına gəlir
Seperatçı Dnestryanı bölgəsinin "Dövlət Təhlükəsizliyi Komitəsi" Moldova Müdafiə Nazirliyini hərbi hava qüvvələrinin infrastrukturunu NATO-nun istifadəsinə verməkdə ittiham edib. Bu barədə "Nezavisimaya gazeta" yazıb.
Moldovanın sabiq müdafiə naziri, Xalq Sosialist Partiyasının lideri Viktor Stepanyuk ölkəsinin neytral ölkə statusundan imtina etdiyini bildirib. Sabiq nazir "Nezavisimaya gazeta"ya açıqlamasında Moldova müdafiə naziri Vitali Marinutsanın hökumətin tapşırığı əsasında NATO ilə danışqılar apardığını və müvafiq razılaşmanın əldə olunduğunu bildirib. Moldova parlamentinin deputatı, sabir təhlükəsizlik naziri Artur Reşetnikov qeyd edib ki, Moldova rəhbərliyi öz hərəkətləri ilə Rusiyanı regionundan sıxışdırmaqla eyni zamanda neytral ölkə statusunu pozur.
Dnestryanı bölgəsinin "Dövlət Təhlükəsizliyi Komitəsi" məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda ABŞ və Rumınıyanın yüksək vəzifəli məmurların 2013-cü il dekabr ayında Moldova rəhbərliyi ilə görüşlərdə neytral ölkə statusundan imtina və NATO-ya daxil olma məsələsinin müzakirə olunduğu bildirilib. Dnestryanı bölgə rəsmilərinin məlumatına görə, Moldova rəhbərliyi yaxın gələcəkdə öz hərbi bazalarını NATO-nun ehtiyacları üçün verməyi öhdəsinə götürür. NATO-nun istifadəsinə veriləcək hərbi obyektlər arasında Kaqul və Markuleşt hərbi aerodromların adı çəkilir. Kişnyovun bu addımı Tiraspolda "Dnestryanı əraziyə təzyiq və təhlükə" kimi qiymətləndirirlər.
Dnestryanı bölgədə hesab edirlər ki, Moldova rəhbərliyi avrointeqrasiya prosesində lazımı maliyyə və texniki yardımın göstərilməsi üçün ABŞ-dan zəmanət alıb. Bu zəmanətin Dnestryanı probleminin nizama salınması, həmçinin "5+2" formatında təmsil olunan ABŞ və Avropa İttifaqının səylərinin artırılmasına aid olduğu deyilir. Dnestryanı bölgənin "Dövlət Təhlükəsizliyi Komitəsi" hesab edir ki, NATO hərbi-siyasi strukturlarına inteqrasiya olunması baxımından Moldovanın geosiyasi seçimi, həmçinin Moldova hərbi hava bazalarının NATO-nun istifadəsinə verilməsi dünyada təhlükəsizlik üçün ciddi çağırışdır. "Dövlət Təhlükəsizliyi Komitəsi" xəbərdarlıq edir ki, NATO-ya inteqrasiyanın doğuracağı nəticələrə görə məsuliyyət tamamilə Moldovanın üzərinə düşəcək.
Moldova-NATO danışıqlarının gizli keçirildiyini deyən V.Stepanyuk ölkə əhalisinin əksəriyyətinin hərbi alyansa inteqrasiyasına qarşı olması ilə əlaqələndirir. Danışıqların gizli aparılmasına baxmayaraq Moldova müdafiə naziri daha əvvəllər bitərəflikdən imtina və NATO-ya inteqrasiyanın vacibliyindən açıq şəkildə danışıb. Avropa İttifaqına daxil olmamışdan əvvəl NATO-ya üzvlüyün vacib olduğunu deyən nazir bu məsələnin keçmiş prezident Vladimir Voronin dövründə də gündəmdə olduğunu qeyd edib.
Respublikanın bitərəf statusu Konstitusiya ilə təsbit olunub. Bu statusun ləğvi üçün isə parlamentin 101 deputatından 86-sının dəstəyi təmin olunmalıdır. Parlament əksəriyyətinin əksəriyyəti isə belə bir dəyişikliyə razı deyil. Xatırladaq ki, Moldova parlamentində kommunistlər əksəriyyət təşkil edir.
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00