İki terrorçu təşkilat Azərbaycanı hədələdi
12:30 29-01-2014
CƏMİYYƏT
İki terrorçu təşkilat Azərbaycanı hədələdi
Azərbaycan hökumətinə cihad elan edildi
İki gün əvvəl sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələri ayrı-ayrılıqda bəyanat yayıblar. “Meşə Qardaşları” təşkilatı adından məlumat yayan şəxs qeyd edib ki, tezliklə bu addım atılacaq.
Bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib.
Digər məlumat isə “Ceyşullah” (“Allahın Ordusu”) adlı təşkilatın adından yayımlanıb. Məlumatı yayan şəxslər bildiriblər ki, sözügedən təşkilat tezliklə Azərbaycanda cihad elan edəcək.
Qeyd edək ki, sözügedən hər iki təşkilat terrorçu fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də radikal dini cərəyanın nümayəndələrindən təşkil olunub. Əsasən vəhabilərin nəzarətində olan bu silahlı qruplaşmaların üzvləri isə dünyanın bir çox münaqişə ocaqlarında döyüşüblər. Hazırda onlardan Suriyada da döyüşənlərin olduğuna dair məlumatlar var.
Adıyaman bu silahlı qruplaşmalar Azərbaycanda hansı təhlükəli addımlar ata bilər?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Unikal”a bildirdiyinə görə, “Adı çəkilən silahlı qruplaşmaların Azərbaycandakı nümayəndələri ölkənin, əsasən, şimal bölgələrində yaşayırlar və bu bölgələrin Rusiya ilə özəl təmasları məlum faktdır. Sözügedən bəyanatlara bu baxımdan yanaşarkən narahatedici məqamlar ortalığa çıxır. Proseslərin gedişi göstərir ki, Rusiya artıq Ukraynadakı mövqelərini itirmək üzrədir və çox güman ki, Ukraynada gedən proseslər yaxın günlərdə Qərbyönümlü müxalifətin qələbəsi ilə başa çatacaq. Bu həm d o deməkdir ki, Rusiya prezidenti Vladimir Putinin Avrasiya İttifaqı və Gömrük Birliyi layihələri fiaskoya uğramağa məhkumdur. Həmin silahlı qruplaşmaların Azərbaycan hökumətinə qarşı cihad bəyanatı və son günlərdə Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi Moskvanın ənənəvi aktivliyə əl atmaq meylindən xəbər verir. Yəni hər iki qüvvə - həm Ermənistan, həm də adı çəkilən terrorçu təşkilatlar bu dəfə də Moskvanın diqtəsi ilə Azərbaycanın üzərinə gəlirlər”.
Partiya sədrinin fikrincə, “Hazırda GUAM məkanında ciddi geopolitik proseslər başlayıb və bu gedişatın sonu Moskvanın xeyrinə olmayacaq. Azərbaycan hökumətinin “Şahdəniz-2” qaz yatağından hasil ediləcək qaz ehtiyatının Avropaya nəqli yönündə atdığı addımlar təqdirə layiqdir.Rusiya hələ də özünün imperiya ambisiyalarından əl çəkməmək üçün hər cür üsullara əl atacaq. Buna görə də hesab edirəm ki, “Meşə qardaşları” və “Ceyşullah” terror qruplarının bəyanatlarına etinasız yanaşmaq olmaz. Dövlətin müvafiq strukturları bütün ölkə ərazisində, xüsusən də Bakı şəhərində baş verə biləcək terror aksiyalarını önləmək üçün operativ tədbirlər görməlidir”.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Meşə qardaşları” və “Ceyşullah” silahlı qruplaşmaları maliyyə baxımından Səudiyyə Ərəbistanı və Küveytlə bağlıdır. Bu ərəb dövlətlərinin isə tam şəkildə Birləşmiş Ştatlarla bağlı olması məlum faktdır. Həmin qruplaşmaların üzvlərinin bu gün Suriyada vuruşması və həlak olması da bu bağlılıqdan irəli gəlir. Onların Azərbaycan hökumətinə qarşı cihad elan etməsi, birinci növbədə, Azərbaycanın Suriyada gedən proseslərə münasibətdə lap əvvəldən nümayiş etdirdiyi mövqe ilə bağlı ola bilər. Həm də son günlərdə Azərbaycan mediasında və ictimai rəydə Suriyadakı döyüşlərdə həlak olan azərbaycanlılarla bağlı məsələlərin kəskin şəkildə müzakirə edilməsi də, görünür ki, həmin qrupların ürəyincə olmayıb”.
Partiya sədri hesab edir ki, “1988-ci ildən bu günə qədər bir sıra xarici qurumlar Azərbaycanda xeyli terror aktları törədiblər. Qarabağ cəbhəsində son zamanlar vəziyyətin kritik həddə çatması və “Meşə qardsaşları” və “Ceyşullah” silahlı qruplaşmalarının Azərbaycan hökumətinə qarşı cihad elan etməsi faktlarının ard-arda ortalığa çıxması düşündürücü məqamdır. Buna gör də hesab edirəm ki, ölkəmizin xüsusi xidmət qurumları indiki məqamda daha diqqətli olmalıdır. Elə ölkə vətəndaşları da ayıqlığı əldən verməməlidirlər”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13
2024-12-23 09:10:30
2024-12-23 09:08:00
2024-12-23 08:58:57
2024-12-23 08:53:37
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35