Suriyaya döyüşə gedənlərin qarşısını almaq olarmı?
11:26 30-01-2014
CƏMİYYƏT
Suriyaya döyüşə gedənlərin qarşısını almaq olarmı?
Artıq hər gün Suriyadan vətəndaşlarımızın Bəşər Əsəd qüvvələri tərəfindən öldürüldüyi xəbərləri gəlməkdədir. Təbii ki, bu hal hər bir Azərbaycan vətəndaşını narahat etməyə bilməz. İndi hər kəsi “Vətəndaşlarımızın bu ölkəyə getməsinin qarşısını hansı yolla və ya yollarla almaq olar?” sualının cavabı düşündürür.
Huquq müdafiyəçisi Əvəz Həsənov “Ünikal”a açıqlamasında Azərbaycandan insanların xaricə nə məqsədlə getdiyini izləməyin çox çətin olduğunu bildirib: “Huquq-mühafizə orqanları nəsə edə bilərlər demək çox çətindir. Ona görə ki, ölkədən gedən insanlar müxtəlif turist adıyla ölkədən çıxırlar. Heç kim də o şəxsə deyə bilməz ki, ölkədən çıxa bilməzsən, yəni ona nəzarət edə bilməz. Ancaq Suriyada və digər münaqişə bölgəsində vuruşan insanların ailələri ilə danışmaq lazımdır. Onları inandırmaq lazımdır ki, öz övladlarını bu qaynar ocaqlara gedib döyüşməkdən çəkindirə bilərlər. Lakin ciddi bir tənbeh mexanizmi və ya onları cəzalandırmaq mexanizimi tətbiq etmək çox çətindir. Amma Azərbaycan beynəlxalq antiterrorizm kampaniyasının üzvüdür və dövlət kimi terrorun aradan qalxması uğrunda addımlar atır. Bu baxımdan ölkə daxilində təbliğat işi artrmalıdır. Yalnız müsbət təbliğatlar sayəsində biz bunun qarşısını qismən ala bilərik. Hansı ki, belə yerlərdə olan ailələrin övladları məlumdur, hökümət çalışmaldır ki, valideyinlərə məsləhət versin və həmin valideynlər öz övladlarının geri qayıtmasına yardımçı olmalıdır”.
BAXCP –nin sədr müavini Niyaməddin Orduxanlı “Ünikal”a verdiyi açıqlamada Azərbaycanda əvvələr də dini ekstremizimə meylli qüvvələrin olduğunu bildirib: “Yəni bu açıq şəkildə də Azərbaycanda görünür ki, bu adamlar hansısa dinin daşıyıcısıdır və bunu kütləvi hala çevirməkdədirlər. Təbi ki, bu, ciddi şəkidə araşdırılmalıdır. Bu da müəyyən orqanların işidir. Məncə, bu lazımlı bir addımdır və bu istiqamətdə də huquq-mühafizə orqanları da müəyyən işlər aparmalıdır. Çünkü bu kütləvi və ənənəvi bir hal alıbdır. Göründüyü kimi, mediadan da kənara çıxıb. Demək olar ki, Suriyada gündə bir Azərbaycan vətəndaşı qətlə yetirilir. Düşünülməsin ki, huquq-mühavizə orqanları bunun qarşısını ala bilər. Qətiyən belə deyil. Sadəcə, dini təbliğatı və maariflənməni artırmalıyıq”.
Konustitusiya Araşdırmalar Fondunun rəhbəri, hüqüqşünas Əliməmməd Nuriyev “Unikal” a açıqlamasında güc strukturklarının bu prosesin qarşısını almaq imkanlarına malik olduğunu bildirib: ”Mən bilirəm ki, huquq-mühafizə orqanları bunun qarşısını almaq üçün kifayət qədər peşəkarlığa malikdir. Bəzi hallarda bunun qarşısını almaq çətin olur. Yəni insanın beynindəki fikri dərhal bilmək olmur ki, onlar ölkədən nə məqsədlə çıxırlar. Vergi öhdəlikləri olmayan və mühakimə edilməyən şəxslər ölkədən rahat çıxa bilirlər. Bu da onların azad hərəkət etməsinə şərait yaradır. Ümümən bu işdə bir olmalıyıq. Həm huquq-mühafizə orqanları, həm də dini qurumlar bu məsələyə olduqca həssas yanaşmalıdır. Bir tərəfdən daha qorxulusu odur ki, belə insanlar harda olmasından asılı olmayaraq, öz çirkin əməllərini icra edə bilərlər. Çünkü onların düşüncəsində yalnız belə fikirlər hakimdir. Belə düşüncə sahib adamlar harda olsalar, öz niyyətlərini büruzə verə bilərlər. Belə fikirli insanların ölkəmizdə də olması çox qorxuludur. Birinci növbədə ölkəmiz üçün qorxuludur. Mən elə düşünürəm ki, bunun üçün insanlarımızı kifayət qədər maarifləndirmək lazımdır. Onlara bu yolun səhv olduğunu göstərmək lazımdır. Onları belə düşüncədən azad etmək lazımdır”.
Abbas Qəmli
Digər Xəbərlər
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29