Abidin Fərzəliyevdən yerli məmurlara tapşırıq
11:27 30-01-2014
CƏMİYYƏT
Abidin Fərzəliyevdən yerli məmurlara tapşırıq
"Onlara həssaslıqla yanaşın"
Nərimanov rayon icra başçısı tabeliyindəki qurumların rəhbərlərinə ciddi göstəriş verib. Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyev rayonun 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2013-cü fəaliyyəti haqqında hesabat yığıncağında bildirib ki, sosial problem olan, xalqımıza, dövlətimizə xidmət göstərən, Qarabağ müharibəsində iştirak edən insanlara xüsusi diqqət və qayğı göstərilməlidir.
A.Fərzəliyev təəssüflə vurğulayıb ki, son vaxtlar cəmiyyətimizdə problem həll olunmayan insanlarda öz həyatına qəsd etmək halları müşahidə edilir: "Bu da xoşa gəlməyən bir tendensiyadır. Bəzən problemləri həll olunmayan insan fikirləşir ki, hansısa icra orqanın qarşısında özünə qəsd etsə, buna gətirib 100 min manat pul verəcəklər. Bu, çox ciddi narahatçılıq doğurur. Hesab edirəm ki, Qarabağ əlilləri, müharibə iştirakçılarının bütün müraciətlərinə diqqətlə yanaşılmalıdır. Ona görə yox ki, biz nədənsə narahatıq və bu qərarı veririk. Bu, əsla belə deyil. Dövlətimiz tərəfindən insanların sosial problemlərinin həlli ilə bağlı bir sıra addımlar atılır. Son illər Nərimanov rayonunda da əlillər və Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərin həlli istiqamətində böyük işlər həyata keçirilib. Ancaq görünür, bu, kifayət eləmir. Çünki onların ailələri var və uşaqları böyüyür. Müəyyən iş probemləri var. Buna görə də, hamı bu adamlara xüsusi diqqət göstərməlidirlər".
İcra başçısı əlavə edib ki, müharibə iştirakçıları cəmiyyətdə daha müsbət mənada seçilməlidirlər: "Bunun üçün də dövlət lazım olan hər bir addımı atır. Hesab edirəm ki, yerli nümayəndəliklər və müvafiq strukturlar də bu cür xüsusi imtiyazı olan insanların müraciətlərinin haqlı və ya haqsız olmağından asılı olmayaraq, ciddi şəkildə dinləməlidirlər. Onlarla bağlı bu gün həll olunması olan məsələləri bu gün, sabah həll olanı isə sabah həll etməlidirlər. İmkan çərçivəsində həlli mümkün olmayan işlərə görə də onlara izahat verilməlidir. Bir məsələni qəbul etmək lazımdır ki, əlil və müharibə iştirakçılarının vətən qarşısında xidmətləri bizə imkan verir ki, haqlı və ya haqsız tələblərini də təmkinlə dinləyək və onların problemlərini həll etməyə çalışıaq".
A.Fərzəliyev onu da qeyd edib ki, bu cür insanlara nədənsə qorxub xidmət göstərmək lazım deyil: "Onlara ürəkdən, tam səmimi, dövlətimizin verdiyi imkan və səlahiyyətlər çərçivəsində bütün müraciətlərinə diqqətlə yanaşmaq lazımdır".
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33