Ukraynada qaranlıq qüvvələr
11:29 30-01-2014
CƏMİYYƏT
Ukraynada qaranlıq qüvvələr
Rusiya kimi qərbdə münaqişələrdə maraqlıdır
Ukraynada vəziyyət gərgin olaraq qalır. Demək olar ki, ölkənin hər yerində müxalifətçilərlə hüquq-mühafizə orqanları üz-üzə gəlib və əksər analitiklər hesab edir ki, yaxın zamanlarda məsələ həllini tapmasa ölkədə vətəndaş müharibəsi belə baş verə bilər. Çünki hadisələrin inkişafı təsdiqləyir ki, elə məqamlar olur ki, porsesləri nə hakimiyyət, nə də müxalifət nəzarətində saxlaya bilmir. Elə dövlət binalarının zəbtidə buna misaldır. Hakimiyyət tərəfi basqınlara görə müxalifəti qınasada, müxalifət rəsmiləri bəyan edirlər ki, bu işi görənlərin müxalifətə heç bir aidiyyatı yoxdur. Bu isə sübutlayır ki, ortada kənar güclər var.
İlk növbədə kənar güc deyiləndə sözsüz ki, Rusiya nəzərdə tutulur. Çünki Rusiya Ukraynanın Avropa İttifaqına yaxınlaşmasının qarşısını alan qüvvədir və hazırda da bu prosesi davam etdirirlər. Hətta Rusiya prezidenti Vladimir Putin rəsmi şəkildə bəyan etdi ki, Ukraynada müxalifət yox, xuliqanlar var və baş verənlərdə xuliqan hərəkətləridir. Bununla da açıq şəkildə müxalifətə nifrət nümayiş etdirildi. Bunu da qeyd edək ki, həm də hakimiyyəti dəstəkləyəcək güclərdə var və bu güclər bütövlükdə Ukraynanın şimalını əhatə edir. Bunu da qeyd edək ki, müxalifət iddia edir ki, Kiyevdə qarşıdurmanı, silahlı inisidentə çevirənlər məhz şimal bölgəsindən gətirilmiş şəxslərdir. Hətta artıq indinin özündə şimal bölgəsində belə bir təbliğat aparılır ki, onlar şimali Ukrayna respulikası yaratmalıdırlar. Bundan başqa kənar qüvvələr deyiləndə həm də qərb və ABŞ nəzərdə tutulur. Bu qüvvələrdə açıq şəkildə Yanukoviçi küncə sıxışdırır və müxalifətə dəstək verirlər. Amma bu üzdə olan dəstəkdir. Oyunun qaranlıq tərəfində isə bu dəstək pul və güc şəkilindədir. Bu günlərdə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə Ukraynada fəaliyyət göstərən ABŞ təşkilatının təmsilçilərindən birininin telefon danışığıda bunu sübut edir. Həmin şəxs bildirir ki, artıq Ukraynada Yanukoviçin məsələsi həll olunub və Azərbaycanda da fəaliyyətlərini genişləndirmək üçün pul ayıracaqlarını bildirirlər. Ekspertlər hesab edir ki, bu xırda məsələ deyil və istər Gürtcüstanda, istərsədə Ukraynada zamanında inqilablar məhz qərbin ayırdığ milyardlarla dollar hesabına başa gəldi. Analitiklər hesab edir ki, qərb həmçinin hazırkı məqamda Ukraynada qarşıdurmanın yaranmasında maraqlıdır. Çünki nə qədər müxalifətçi toqquşmalarda həlak olursa, zorakılığa məruz qalırsa, Yanukoviçin nüfuzu o qədər zərbə alır. Həmçinin Yanukoviçin geri çəkilməsi də qərbi iştahlandırıb. Belə ki, hazırda Yanukoviç höküməti istefaya göndərib və Nazirlər Kabinetinin müxalifətə verilməsi istiqamətində danışıqlar aparılır. “Batkivşina” parlament fraksiyasının lideri Arseniy Yatsenyuk Ukrayna müxalifətinin hökumətdə işləməsi imkanlarını müzakirə etməyə hazır olduğunu bildirib. Yatsenyuk deyib ki, bu, yalnız tam cavabdehlik şərtilə mümkündür: “Əgər müxalifət Ukraynadakı işlərə görə tam cavabdehliyi öz üzərinə götürməsə, onda baş nazir vəzifəsinin heç bir mənası olmayacaq, Biz prezidentdən də bu məsələyə görə konkret cavab gözləyirik. Əgər istədiyimiz cavabı alsaq, onda müxalifət arasında diskussiya aparacağıq”. Ekspertlər hesab edir ki, Yanukoviç bütövlükdə höküməti müxalifətin nəzarətinə verərsə faktiki hakimiyyətini itirmiş olacaq. Çünki müxalifət bununla qane olmayacaq və növbədənkənar seçkilər tələb edəcəklər. Hazırda Yanukoviçin demək olar ki, nüfuzu aşağı düşüb və seçkilər olarsa səs qazana bilməyəcək. Həmçinin son olaylardan sonra hakim partiyada kifayət qədər zərbə alıb və xalq arasında nüfuzları kəskin şəkildə aşağı düşüb. Amma vəziyyət daha da gərginləşməkdədir. Belə ki, Avropa İttifaqı açıq şəkildə Yanukoviçlə yollarını ayırdıqlarını nümayiş etdirirlər. Düzdür Rusiya prezidenti son açıqlaması ilə Yanukoviçə dəstək olmağa çalışdı. Belə ki, o bəyan etdi ki, Avrasiya İttifaqı ilə Avropa Birliyi əməkdaşlıq edə bilər və Ukrayna problemi aradan qalxar. Amma qərb Rusiyanın bu çağırışlarını qəbul etmir və birmənalı şəkildə Ukraynanı Avropanın bir hissəsi kimi görürlər. Məhz bu səbəbdən də hələ ki, Putin Yanukoviçə vəd etdiyi krediti verməyə tələsimir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:37:56
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16