Mətbuat Şurası internet KİV-lərin də "qara siyahı"sını hazırlamalıdır - Şura üzvü
12:22 31-01-2014
CƏMİYYƏT
Mətbuat Şurası internet KİV-lərin də "qara siyahı"sını hazırlamalıdır - Şura üzvü
"Mətbuat Şurası peşə davranış qaydalarını pozan qəzetlərlə bağlı müntəzəm olaraq siyahı tərtib edir. Bu qaydaları pozan qəzetlər həmin "qara siyahı" ya düşür. Ötən il Mətbuat Şurasının tərkibində elektron media ilə bağlı xüsusi komissiya yaranıb.
Doğrudan da burada təmsil olunanlar peşəkar, bu sahəni dərindən bilən insanlardılar. Məqsədimiz elektron medianın sivil, yaxşı şəkildə inkişaf etdirilməsi, fəaliyyət göstərilməsi və eyni zamanda insanların təhqir olunmasının qarşısını alınmasıdır". Bunu açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın reketçiliklə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə deyib.
İdarə Heyəti üzvünün sözlərinə görə, "reket elektron" mediaya qarşı tədbir görülməlidir: "Son dövrlər əvvəl "qara siyahı"da olan qəzetlərin bəzilərində "çalışan insanlar" indi elektron media, saytlar yaradıblar və insanların şərəf və ləyaqətini alçaltmaqla, böhtan atmaqla məşğuldurlar. Belə hallar vardır və müntəzəm olaraq bununla bağlı şikayətlər bizə daxil olur. Şəxsən mənə dəfələrlə belə müraciət daxil olub. Şifahi, telefon vasitəsilə, yaxud yazılı müraciətlər olur. Düşünürəm ki, artıq bunun da sivil bir yolu olmalı və bu təhqirlərə, yalan məlumatların, insanları çaşdıran, insanların şərəf və ləyaqətini alçaldan, böhtan atan, qeyri-dəqiq məlumatların elektron mediada yer almasına son qoyulmaldır. Mən bu fikirdəyəm. İndi hələlik mətbuat şurasında belə bir müzakirələr olmayıb. Amma jurnalist gərək öz vicdanı qarşısında heç olmasa bir məsuliyyət daşısın və yazmazdan əvvəl düşünsün. Artıq "reketçilik" müəyyən mənada yazılı çap mətbuatdan elektron mediayaya sirayət edib. Mətbuat Şurasının elektron media ilə bağlı komissiyası fəal şəkildə Mətbuat Şurası icra katibliyinə, o komissiyaya, ya Mətbuat Şurası rəhbərliyinə daxil olmuş müraciətlərlə bağlı müntəzəm araşdırmalar aparmalı və öz münasibətlərini bildirməlidirlər. Bundan əvvəl də bir neçə dəfə bəzi saytlarla əlaqədar şikayətlərə münasibət bildirib".
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33