İnsanlar yanır, problemlər çoxalır...
12:26 31-01-2014
CƏMİYYƏT
İnsanlar yanır, problemlər çoxalır...
Paytaxtda dünən iki qadın özünü yandırıb
Azad İsazadə: "Qarabağ əlili
Zaur Həsənovun özünü yandırmasından
sonra mən ölkədə bu tip intiharların davam edəcəyini proqnozlaşdırmışdım"
Oxucunun yadındadırsa, İraqın keçmiş prezidenti Səddam Hüseynin əzazil şəkildə qətlə yetirilməsindən planetdəki uşaqlar arasında iplə özünü asma oyunu başlanmışdı və bir neçə məsum uşaq anlamadığı bu məşum oyunun qurbanı oldu. Deyəsən, artıq Azərbaycanda da "Səddam-Səddam oyunu" başlanıb. Belə ki Qarabağ müharibəsi əlili Zaur Həsənovun faciəli aqibətindən sonra ölkədə yanğın sindiromu yayılmağa başlanıb.
İki gün əvvəl Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub.
Bnundan bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.
Dünən isə paytaxtda daha iki nəfər özünə od vurub. Hadisə Səbail rayonunda Mərkəzi Klinikanın yaxınlığında baş verib. Təqribən, 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.
Dünən səhər saatlarında 20 yaşlı Məleykə Bayramlı Səbail rayonu ərazisində özünü yandıraraq intihara cəhd edib. Məlumata görə, gənc qız sevdiyi oğlan tərəfindən aldadılandan sonra intihara əl atıb və onun sağ qalacağına həkimlərin ümidi azdır.
Ölkədə nə baş verir? İnsanlarımız niyə özlərini yandırırlar?
Bakı Krizis Mərkəzinin psixoloqu Azad İsazadə mövzu ilə bağlı "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Qarabağ əlili Zaur Həsənovun məlum problemləri həll edə bilmədiyi üçün özünə od vurub faciəli şəkildə həlak olmasından sonra mən bir ekspert-psixoloq kimi ölkədə bu tip intiharların davam edəcəyini proqnozlaşdırmışdım. Həmin intihardan sonra bu ilin yanvar ayında ölkəni intihar dalğası bürüdü. Demək olar ki, hər gün bu və ya digər səbəblər üzündən insanlarımız özlərinə əl qaldırır, həyatlarına qıyırdılar. İndi isə özünü yandırma formasında intiharlar baş verməyə başlayıb və zənnimcə, sırf psixioloji baxmdan bu addımlar da gözlənilən idi".
Ekspertin sözlərinə görə, "İntiharın çoxlu növləri var. Bəziləri ağırısız, bəziləri isə son dərəcə ağrılı şəkildə baş verir. Vena damarının kəsilməsi, elektrik cərəyanı ilə intihar, özünü asma zamanı ölüm nisbətən tez, hardasa bir və yaxud bir neçə dəqiqəyə baş tutur. Lakin özünü yandırma intiharın ən ağrılı və ən ağır formalarından biridir. Bu zaman ölüm gec baş verir, yaşanan fiziki ağrılar isə olduqca dözülməz olur. Bəzilərinin ölmək üçün özünü yandırmağı seçməsi sosiuma sərt bir mesajdır. Yəni fərdin dərdlərinin eşidilməzliyi elə bir həddə çatır ki, o bu cür faciəli ölümü eşidilməzliyin doğurduğu aşağılanmadan üstün tutur".
İsazadə hesab edir ki, "Ölkədəki intihar hallarını aradan qaldırmaq mətbuatın və ekspertlərin işi deyil, onlar bu problemi həll edə bilməzlər. Hökumət səviyyəsində müzakirələr başlanmalı, intihar doğuran sosial amillər müəyyənələşdirilməli və bu istiqamətdə təcili tədbirlər görülmlidir".
Adil
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49