Oqtay Şirəliyevin açıqlaması, yoxsa populizm?
15:25 01-02-2014
CƏMİYYƏT
Oqtay Şirəliyevin açıqlaması, yoxsa populizm?
Azərbaycan səhiyyəsi hansı problemin əlində aciz qalıb
Bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyevin ölkə səhiyyəsinin durumu ilə bağlı açıqlamalar verdi. Nazirin açıqlamalarından belə çıxırdı ki, səhiyyəmizdə hər hansı neqativ hal yoxdur, əhalinin kasıb təbəqəsinin müayinə və müalicə üçün İrana, nisbətən orta imkanlara malik vətəndaşların Türkiyəyə, yaxşı maddi imkanı olanların isə Avropa ölkələri və ABŞ-a üz tutması isə tamamilə "mifdir".
Hətta nazir az qala hər gün doğuşlar zamanı həkim səhlənkarlığı nəticəsində faciəli faktların qeydə alınmasını da yoxa sayaraq, demişdi: “Ana və uşaq ölümünün azalması istiqamətində sıçrayış olmasa da, stabil, dinamik irəliləyişlər var". Nazir bildirmişdi ki, ümumilikdə səhiyyə sistemində böyük uğurlar qazanılıb, nailiyyətlər əldə edilib: "Lakin buna baxmayaraq, bizim hələ görüləsi işlərimiz çoxdur və hər birimiz hədəfimizi bilirik. Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktlarının azalmasıdır. Bu sahədə sıçrayış olmasa da, stabil, dinamik irəliləyişlər var".
O.Şirəliyev qeyd etmişdi ki, kadr islahatları sahəsində böyük inqilabi addımlar atılıb. Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu, həkimlərin sertifikasiyası, diplomdan sonrakı təhsil və s. layihələr bu gün ölkəmizdə tam ixtisaslaşmış mütəxəssisin yetişməsinə imkan yaradır.
Nazirin sözlərinə görə, artıq vətəndaşlarımız müalicə və yaxud da cərrahi əməliyyat üçün xarici ölkələrə müraciət etmirlər. Bunun üçün ölkədə çox güclü baza yaradılıb.
Dünənsə nazirin dediklərinin reallıqla necə səsləşdiyini çılpaqlığı ilə ortaya qoyan daha bir neqativ hal barədə fakt ortaya çıxıb. Belə ki, Cəlilabad rayon Komanlı kənd sakini Gülmalı Gülmalıyev gəlini Fatiməxanım Əliyevanın bir neçə ay əvvəl uşaq dünyaya gətirərkən səhhətində yaranan problemlərdən şikayətlənib. G.Gülmalıyev bildirib ki, doğuş zamanı həkimlər səhlənkarlığa yol veriblər. Şikayətçi iddia edir ki, doğuş keçirdikdən sonra onun gəlninin səhhətində ciddi ginikoloji problemlər meydana çıxıb. Sonradan digər həkimlərə müraciət edəndə məlum olub ki, gəlininin səhhətində yaranmış xəstəliklər doğuşun təbii üsulla icra olunması ilə əlaqədardı. "Doğuş düzgün keçirilməyib. O, qeysəriyyə əməliyyatı edilməliydi. Həkimlər deyir ki, bu vəziyyətdə olan qadın təbii doğuşla deyil, qeysəriyyə yolu ilə uşaq dünyaya gətirməlidi", - deyə Gülmalı Gülmalıyev şikayətlənib.
Şikayətçinin sözlərinə görə, ev şəraitində mülicə olunan ananın vəziyyəti pisləşdiyi üçün yenidən Cəlilabad Mərkəzi rayon Xəstəxanasına müraciət etməli olublar. Lakin müalicə effektsiz olduğu üçün xəstə göndərişlə paytaxdakı 5 nömrəli xəstəxanaya yerləşdirilib.
Vətəndaşın şikayətilə bağlı Cəlilabad Mərkəzi rayon Xəstəxanasından bildiriblər ki, burada bir neçə ay əvvəl doğuş keçirən ana Fatmaxanım Əliyevanın səhhətində yaranmış problemlər onun doğuşu ilə əlaqədar deyil.
Belə ki, gənc anada doğuşdan sonra yoğun bağırsağında qeyri-spesfik xoralı spastik kolit aşkar olnub. Əvvəllər də bu xəstəlikdən əziyyət çəkən anada problem doğuşdan sonra daha da aktivləşib. Xəstəxanadan tövsiyyə olunub ki, paytaxtdakı 5 nömrəli xəstəxana elə məhz bu sahə üzrə ixtisaslaşdığından xəstə orada müalicəsin davam etdirsin.
Qeyd edək ki, Azərbaycanda doğuş prosesində müxtəlif problemlərin yaşanması, hətta ana və uşaq ölümünədək gətirib çıxaran fəsadlar son vaxtlar adi hala çevrilib. Üstəlik, ən sadə cərrahi əməliyyatlar nəticəsində ölüm hallarının qeydə alınması da sirr deyil. Elə yuxarıdakı şikayətin özü də səhiyyənin peşəkarlıq səviyyəsini gözlər önünə sərir. Belədə nazirin yazının əvvəlində haqqında bəhs etdiyimiz açıqlamasının reallıq, yoxsa populizm olması barədə mülahizə yürütməyi oxucuların öz ixtiyarına buraxırıq.
Necə deyərlər, fakt göz önündədir,buyurun, qiyməti özünüz verin.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24