Tağı Əhmədovun metrosunda problem bitmək bilmir
12:49 04-02-2014
İQTİSADİYYAT
Tağı Əhmədovun metrosunda problem bitmək bilmir
Metropoliten rəhbərliyi bir müddət öncəki şübhəli maşın alqısı ilə bağlı fakta niyə susur?
Bakı metrosunda son vaxtlar tez-tez yaranan problemlər davam etməkdədir. Belə ki, dünən saat 11:30-da "20 Yanvar" stansiyasında ləngiyən qatar "Memar Əcəmi" stansiyasına çatdıqda sərnişinləri düşürüblər.
Saat 11:30-da "Dərnəgül" stansiyası istiqamətinə gedən qatar 12 dəqiqə gecikib.
Ləngimə ilə Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasına çatan qatarın sərnişinlərindən "minik yoxdur" bildirişi ilə qatarı tərk etmələri xahiş olunub.
Axar.az saytı məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva ilə əlaqə saxlayıb. Nəzakət xanım bildirib ki, problem sadəcə qatarın qapısında olub: "Qatarın qapılarının birində nasazlıq baş vermişdi. Onun üçün qatar təcili olaraq depoya aparılıb. Ancaq hal-hazırda qatarın qapısı bərpa olunaraq xəttə buraxılıb".
Dünən mili.az saytında yer alan xəbərdə isə bildirilirdi ki, Bakı metrosunda xırda problem böyük fəsad yarada bilər. Məsələ burasındadır ki, metronun "Koroğlu" stansiyasının platformasında relslərlə sərnişinlər arasında işıqla göstərilən xəbərdarlıq xətti xarab olub. Platformanın döşəməsində işıqlandırılan xətt bir neçə yerdə işləmir.
Stansiyadan bildirilib ki, problem qısa zamanda aradan qaldırılacaq.
Yazının əvvəlində də qeyd etdik ki, Bakı metrosunda son aylarda istər qatarların hərəkəti, istərsə də digər texniki problemlər xeyli intensivləşib. Metropoliten rəhbərliyi, başda da rəis Tağı Əhmədov olmaq üzrə, bu problemlərin birdəfəlik yoluna qoyulması əvəzinə jurnalistləri acılamaq, qəzet satışını əngəlləmək yolu seçiblər.
Tağı Əhmədovun idarəsindən söz düşmüşkən bir məqama da toxunaq. Təxminən bir ay öncə metropolitenə daxil olan qurumlardan birindəki qeyri-şəffaf xərcləmələrlə bağlı maraqlı fakt ortaya çıxmışdı. "azerinyus" saytının yazdığına görə, Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinə 1 ədəd Toyoto Camry markalı maşın almaq üçün 49914 manat pul xərcləyib. "BTT-2012" MMC vasitəsi ilə alınmış bu avtomobilin real bazar qiyməti ilə xərclənən məbləğ arasında isə tam 20214 manat fərq var. Bunu aydınlaşdırmaq üçün elə də uzağa getmək lazım deyil. Elə Toyoto.az saytına daxil olaraq, fərqi açıq şəkildə görmək olar. Qeyd edək ki, Toyoto-nun Bakı Mərkəzində Camry markalı avtomobillərin ən bahalısı Prestige+-dur ki, onun da qiyməti 29700 manatdır.
Metropoliten İdarəsinin avtomobil alış-verişində buraxdığı səhv təkcə bundan ibarət olmayıb. Daha üç maşının alınması zamanı qiymət fərqləri açıq şəkildə diqqəti çəkir. Qaynaq xəbər verir ki, Bakı Metropoliten İdarəsi 2 ədəd "KİA Optima" və 1 ədəd "Toyoto Lexus" markalı maşınları almaq üçün 213 580 manat pul sərf edib. "Duet" firmasından alınan bu maşınların real qiymətləri isə olduqca maraqlıdır.
Məsələn, "KİA Optima" markalı avtomobilin satış qiyməti 27800 manatdır və bu da iki maşın üçün 55600 manat təşkil edir. Ən son model "Toyoto Lexus" isə Toyto Centerdə 72 min manat dəyərindədir. Bu rəqəmləri üst-üstə gəldikdə isə ortaya 127600 manatlıq bir mənzərə çıxır. Xərclənmiş 213580 manatdan 127600 manatı çıxdıqda isə cəm 85980 manata bərabər olur. Rəsmi rəqəmlərdən belə başa düşülür ki, ortada 106 min manatlıq bir yeyinti var.
Rəsmi rəqəmlərə görə, Bakı Metropoliteninin Material texniki təhcizat xidməti "Mersedes S-550" markalı maşın üçün "Maddi Texniki-Təhcizat-3" MMC-yə 2735,24 manat pul ayırıb. Qısa müddət sonra isə yenə həmin maşın üçün daha 5923,6 manat pul ayrılıb ki, bu dəfə alış-veriş işlərini "Tikinti Təhcizat Dizayn" MMC həyata keçirib. İndi sual olunur, bir ilin maşını üçün bu qədər texniki xərc niyə və nəyə görə ayrılıb? Çünki "Mersedes" kimi bir şirkətin istehsal etdiyi ən son model maşının bir ilə xarab olması mümkünsüzdür.
Maraqlıdır ki, Bakı metropoliteni adıçəkilən saytın ortaya çıxardığı bu faktlara indiyədək heç bir aydınlıq gətirməyib. Maraqlıdır, niyə?
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53