Gülən-Ərdoğan qarşıdurması məhkəmə müstəvisinə keçdi
11:00 05-02-2014
CƏMİYYƏT
Gülən-Ərdoğan qarşıdurması məhkəmə müstəvisinə keçdi
Gülənin bu addımı Türkiyə iqtidarına seçkiöncəsi ciddi zərbə ola bilər
Fətulla Gülənin vəkili Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı təzminat iddiası qaldırıb. Habertürk-ün məlumatına görə, onun vəkili Nurullah Albayraq bildirib ki, beynəlxalq müqavilələr, Türkiyənin Anayasası və qanunları əsasında müvəkkilinin haqqının qorunmasına baxmayaraq, hökumət başçısı çeşidli tarixlərdəki danışıqlarında Gülənin insan haqqını tapdayıb.
Bu səbəbdən də vəkil F.Gülənin haqqını qorumaq məqsədi ilə R.T Ərdoğana qarşı 100 min TYL-lik mənəvi təzminat iddiası irəli sürüb. Albayraq iddiada baş nazirin hər çıxışından sonra yazılı və elektron informasiya vasitələrində “Baş nazirdən Fətulla Gülənə çox sərt sözlər”, “Ərdoğandan Gülənə çox, amma çox sərt sözlə”,” Ərdğandan Gülənə “saxta alim”, “virus” kimi sətr sözlər”, “Ərdğandan Gülənə ağır sözlər, “Ərdoğandan Gülənə ağır ittiham”, Ərdoğan Fətullah Güləni təhqir etdi” və başqa başlıqlarla yazılar yazıldığını örnək göstərib.
Yada salaq ki, qarşıdan bələdiyyə seçkiləri gəlir və Gülənin bu addımı Türkiyə iqtidarına seçkiöncəsi ciddi zərbə ola bilər.
Müsavat Partiyası Divanının üzvü Vurğun Əyyubun “Unikal”a bildirdiyinə görə, “Məşhur “böyük həbslər”dən sonra Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla gülənçilər arasında başlanmış qarşıdurmanın məhkəmə müstəvisinə qədər gəlib çıxması ondan xəbər verir ki, Fətullah Gülən Ərdoğanı tam şəkildə məğlub etmək qərarına gəlib. Yadınızdadırsa, bir müddət əvvəl Gülən Türkiyə prezidenti Gülə məktub yazaraq baş naziri qarşıdurmadan çəkindirməyə çağırmışdı. Hadisələrin sonrakı inkişafı göstərdi ki, baş nazir Ərdoğan Gülənə və o cümlədən hökumət strukturlarında təmsil edilmiş nurçulara hücumlarını dayandırmaq niyyətində deyil. Fikrimcə, Ərdoğan bu məqamda öz imkanlarını həddindən artıq qiymətləndirərək ciddi səhvə yol verdi. Etiraf edilməlidir ki, Fətullah Gülənin Türkiyədə, Amerikada və Avropada böyük nüfuzu var və Ərdoğanın ona qarşı savaş açmağı xeyli dərəcədə yanlışlıq idi”.
Müsavatçının sözlərinə görə, “Qarşıdurmanın məhkəmə müstəvisinə keçməsi Ərdoğana və onun başçılıq etdiyi siyasi partiyaya böyük zərbə olacaq. Nəticədə Ədalət və İnkişaf Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində xeyli səs itirəcək və bununla da Ərdoğanın uzunmüddətli siyasi karyerasının sonu başlanacaq”.
Politoloq Elxan Mehdiyev mövzu ilə bağlı “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Fətullah Gülənin baş nazir Ərdoğana qarşı məhkəmə iddiası ilə çıxış etməsi normal qarşılana bilərdi, lakin hazırda Türkiyədə müstəqil məhkəmə sistemi adında heç nə qalmayıb. Məlum həbslərdən sonra baş nazirin Türkiyənin ədliyyə sistemi ilə bağlı atdığı addımlar polis-prokurorluq sistemini iflic vəziyyətinə salıb. Təsəvvür edin ki, prokuror kimisə həbs etmək barədə sanksiya imzalayır, lakin polis bu sanksiyanı icra etməkdən imtina edir. Dünyanın heç bir normal dövlətində belə bir vəziyyət müşahidə olunmayıb. Bir qədər də dərinə getsək, hazırda Türkiyənin ali icra strukturlarında konstitusion böhran yaşanmasından danışmaq lazımdır”.
Politoloqun fikrincə, “Mustafa Kamal Atatürkün qoyduğu sistem əsasında qardaş Türkiyədə normal standartlara cavab verən demokratik cəmiyyət formalaşmışdı və bu sistem Şərq məkanında bir çox dövlətlər üçün örnək rolunu oynayırdı. Amma indi qətiyyətlə bildirmək olar ki, daha bu sistemdən əsər-əlamət qalmayıb. Ədalət və inkişaf Partiyası Türkiyədə hakimiyyətə gəldikdən sonra atatürkçülüyün üzərinə hücuma başladı və bu hücumun acı nəticələri göz qabağındadır. Türkiyədə komik bir vəziyyət yaranıb. Prokurorun verdiyi sanksiya ancaq baş nazirin təqdirindən sonra icra edilə bilər. Bu, hüquqi dövlət anlayışına həqarətdir və qardaş dövlətin beynəlxalq imicinə ciddi xələl gətirəcək”. Politoloq sadaladığı amillərə görə hesab edir ki, indi Türkiyədə müstəqil məhkəmə sistemi olmadığından Gülənin iddiası təmin olunmaya da bilər.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00