Ukraynada Yanukoviç rejiminə silahlı təhdid
10:52 06-02-2014
CƏMİYYƏT
Ukraynada Yanukoviç
rejiminə silahlı təhdid
Millətçilər vətəndaş müharibəsinə hazırdır: "Bizdə kifayət qədər silah var"
ABŞ-ın "Time" jurnalı müsahibəsində Ukraynada "Sağ sektor"a başçılıq edən Dmitri Yaroş Kiyevdə dövlət əleyhinə silahlı mübarizəyə hazır olduğunu bildirib. Jurnal müsahibənin D.Yaroşun xarici nəşrlərə, ümumilikdə mətbuata ilk müsahibəsinin olduğunu qeyd edir.
Jurnalın yazarı Simon Şuster nümayişçilər tərəfindən tutulan Həmkarlar İttifaqı binasının əsgər kazarması qoxusunu verdiyini bildirir. Bina beş mərtəbədən ibarətdir. Bunanın beşinci mərtəbəsi isə jurnalistlər üçün əlçatmaz mərtəbədir. Burada "Sağ sektor"un hərbiləşdirilmiş qanadı yerləşir.
Bazar günü axşamı "Sağ sektor" lideri öz birinci müsahibəsi xarici nəşrə verməyə razılaşdı. O, "Time" müsahibəsində Ukraynanın daxili işlərinə istənilən xarici müdaxiləni rədd etdiyini bildirib. Onun sözlərinə görə, "Sağ sektor"un əllərində öldürücü silahların tam arsenalını toplayıb. Lakin o, konkret olaraq hansı silahlara və nə qədər silaha sahib olduğunu bildirməkdən imtina edib. "Bu silahlar bütün Ukraynanı daxili işğalçılardan qorumaq, hakimyyətlə danışıqlar müvəffəqiyyətsizliklə başa çatacağı halda inqilab etmək üçün kifayətdir", - D.Yaroş söyləyib.
Amma hələ ki siyasi böhranın nizamam salınması üçün hakimiyyətlə danışıqlar davam edir və danışıqları uğulu saymaq olar. Ali Rada dünən Konstitusiyada dəyişikliklərin edilməsi məsələsini müzakirəyə çıxarıb. Prezident Viktor Yanukoviçin yaxın ətrafı da bildirib ki, o, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi məsələsinə baxmağa hazırdır. Hər iki addım vəziyyətin normallaşdırılması üçün çox əhəmiyyətli sıçrayış hesab olunur. Ancaq hadisələri kənardan müşahidə edən D.Yaroş lazımı nəticənin ola biləcəyinə şübhə ilə baxır. "Bütün bu sülh mahnıları və rəqslər heç bir real dəyişiklik gətirməyəcək", - o, deyir.
Yaroş bildirib ki, onun qrupu və digər bir təşkilat paralel danışıqlara başlayıb. O, həbs edilənlərin azad olunması üçün Ukrayna milisi ilə birbaşa danışıqlar apardığını söyləyib. Yaroş həmçinin ölkə prezidenti ilə danışıqlar masasında yer tələb edib. Lakin prezidentdən rədd cavabı alıb.
"Time"nin qənaətinə görə, UDAR Partiyasının lideri, keçmiş boksçu Vitali Kliçko müttəfiqləri olan "Sağ sektor"la əlaqələri asanlıqla kəsə bilmir. Baxmayaraq ki, müxalifət lideri nümayiçşiləri zorakılığa yol verməməyə çağırıb. Bu təşkilat nümayişlərdə çox əhəmiyyətli funksiyalar yerinə yetirib. Onun üzvləri Kiyevin mərkəzində qurulmuş barrikadalara nəzaerət edirlər. "Berkut" xüsusi təyinatlılarla qarşıdurmanın ilk sıralarında yer alan, hətta orta əsrlərin müharibə aləti olan katapultalardan istifadə edənlər onlar idi. "Sağ sektor" azadlıq ideallarına öz sədaqətini sübut etdi. İndi bu hərəkatı rəhbərliyin mənbəyi kimi təqdim etmək lazımdır". - Yaroş bildirir.
İstənilən şəffaf seçkilərdə bunu etmək praktik olaraq mümkün deyil. "Sağ sektor" ideologiyası faşizmlə həmsərhəddir və bu təşkilat yalnız dərin kök salmış Ukrayna millətçilərinin dəstəyindən istifadə edir. Təşkilatın gücü çox zəifdir və parlamentdə də dayaqları yoxdur. Amma Yaroşun planlarına demokratik prosesdə iştirak daxil deyil. "Biz siyasətçi deyilik, biz milli inqilabın əsgərləriyik",- öz kabinetində Yaroş bildirir.
Üç uşağın 42 yaşlı atası olan "Sağ sektor" rəhbəri atası zavod fəhləsi olub. Ukraynanın şərqində doğulan Yaroş 80-ci illərin sonlarında millətçi hərəkata daxil olub. Yaroş 1988-ci ildə Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparmış ən radikal təşkilatlardan birinin üzvü oldu.Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasından bir neçə ay sonra onu hərbi xidmətə çağırdılar. Az bir vaxt Belorusiyada xidmət edən Yaroşu sonra Sibirə göndərdilər. O, strateji raketlərin işə salındığı meydançaları mühafizə edirdi. 1991-ci ildə Ukrayna müstəqil olanda isə o, yeni yaradılan Ukrayna ordusuna köçürülməyi tələb edərək aclıq elan etdi. Lakin onun tələbinə əhəmiyyət vermədilər.
1994-cü ildə Ukraynaya qayıdışdan bir neçə ay sonra "Trizub" adlı sağçı təşkilata daxil olan Yaroş 2005-ci ildə təşkilatın rəbəri oldu. Sonradan siə "Trizub" və bir neçə başqa sağçı təşkilatın əsasında "Sağ sektor"un əsasını qoydu. O, Rusiyanı həmişə Ukraynanın əsas düşməni hesab edib."2008-cidə Gürcüstana müdaxilə etdiyi kimi Ukraynaya müdaxilə edərlərsə, lazımı cavabı alacaqlar. Aktiv mübarizə vaxtı gəlsə, sonuna qədər bu mübarizəni aparmağa hazıram", - təşkilat rəhbəri geri çəkilməyəcəyini ifadə edir.
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25
2024-12-24 14:54:37