"Aqrolizinq" və Dövlət Baytarlıq Xidmətinin rəhbərliyinə böyük şok!
12:18 07-02-2014
İQTİSADİYYAT
"Aqrolizinq" və Dövlət Baytarlıq Xidmətinin rəhbərliyinə böyük şok!
Heydər Əsədov islahat anonsu verdi, kimlər qorxu içindədir?
"Kənd Təsərrüfatı Nazirliyində qlobal dəyişikliklər ediləcək. Artıq təkliflərin hazırlanması başa çatıb. Sistem dəyişikliyi ilə bağlı təkliflər bu gün təqdim olunacaq". Bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Nazir Heydər Əsədov bildirib ki, prezidentin tapşırığını yerinə yetirmək üçün hazırlıqlara başlayıb. Nazir struktur dəyişikliyinə fərdi qaydada yox, sistemli yanaşdığını deyib. "Prezidentin dediyi kimi, biz dəyişikliklərə fərdi yox, sistemli yanaşırıq. Yəni məsələyə hansısa şöbəni ləğv edib, digər bir sektoru yaratmaq formasında yox, dəyişikliklərə sistemli yanaşma formasında baxıram. Odur ki, qlobal dəyişikliklərə gedəcəyik. Artıq təkliflərin hazırlanması başa çatıb. Həmin təkliflər bu gün təqdim olunacaq"-deyə Heydər Əsədov bildirib.
Srağagün Heydər Əliyev Mərkəzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına həsr olunan konfransda ölkə başçısı kənd təsərrüfatının inkişafının
növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacağını vurğulayıb. Prezident deyib ki, bunun üçün Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişiklikləri aparılmalıdır. O, buna böyük ehtiyac duyulduğunu və yeni strukturun müasir tələblərə cavab verməli olduğunu bildirib. Prezident həmçinin sistem xarakterli islahatlara üstünlük verilməli olduğunu da vurğulayıb. İlham Əliyev kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməsinin vacibliyini qeyd edib: "Dünyada bu sahədə böyük uğur qazanmış ölkələrin təcrübəsi öyrənilir, müxtəlif ölkələrə heyətlər ezam edilir, o təcrübə, texnologiya gətirilir ki, biz təbii imkanlarımızdan tam, səmərəli şəkildə istifadə edə bilək".
Göründüyü kimi, ölkə başçısının tapşırığının icrası istiqamətində kənd təsərrüfatı naziri Heydər Əsədov dərhal hərəkətə keçib və onun rəhbərlik etdiyi nazirliikdə geniş miqyaslı islahat dalğasına start verilmək üzrədir.
Əldə etdiyimiz məlumata görə, bundan ən çox narahat olanlar arasında ön yeri "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov tutur. Belə ki, bu qurumda korrupsiyanın dərin kök salması onun rəhbərliyində dəyişikliyi çoxdan qaçılmaza çevirib. Elə bu səbəbdən də gözlənilən islahat dalğasının ilk olaraq məhz "Aqrolizinq" şefini "vuracağı" ehtimalı xeyli yüksəkdir. Hətta Əli Bayramovun görəvdən alındıqdan sonra "Aqrolizinq"də genişmiqyaslı yoxlamaların başlaya biləcəyi hazırki səhmdar cəmiyyət rəhbərinin ortaya çıxarılacaq pozuntularla bağlı xeyli "tər tökmək" məcburiyyətində qalacağı da istisna edilmir.
Gözlənilən islahat dalğasında zərbə alacaq məmurlar arasında Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi də var. Məsələ burasındadır ki, kənd təsərrüfatı naziri Heydər Əsədov regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib ki, baytarlıq xidmətinin özəlləşdirilməsi görüləcək işlərdən biridir. Bu isə Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın da görəvi ilə vidalaşacaq yüksək çinlilər arasında olacağını proqnozlaşdırmağa ciddi əsas verir.
Bundan başqa yeni kənd təsərrüfatı nazirinin, sələfi İsmət Abbasovun uzun müddət uğrunda çalışdığı, amma həyata keçirə bilmədiyi (təbii ki, hökumət içindəki rəqiblərinin müqaviməti sayəsində!) bir niyyətini həyata keçirməyə çox yaxın olduğu deyilir. "Unikal"ın nazirliyə yaxın qaynaqlardan əldə etdiyi məlumata görə, rayon və şəhərlərdə pərakəndə halda fəaliyyət göstərən struktur bölmələrinin bazasında vahid kənd təsərrüfatı siyasətinin həyata keçirilməsini təmin edən ərazi idarələrinin yaradılması barədə Əsədovun təşəbbüsü hökumətin yüksək çevrələrində müsbət rəy görüb və tezliklə həmin ərazi idarələrinin yaradılmasına başlamaqla bağlı qərarın verilməsi gözlənilir.
Xatırladaq ki, Heydər Əsədov oktyabrda keçirilən son prezident seçkilərindən sonra Hesablama Palatasının sədrliyindən kənd təsərrüfatı naziri postuna gətirilmişdi. O, bu görəvə təyin olunduğu ilk həftələrdə müəyyən kadr islahatlarına getsə də, sonradan proses səngidi. Bu da nazirlik içində xeyli yüksək çinlini sevindirmiş və onlar kürsülərinə yaranan təhlükənin aradan qalxdığını zənn etmişdilər.
Amma son iki gündə yaşananlar sevinmək üçün heç bir səbəb olmadığını və ən çətin günlərin məhz bundan sonra başlayacağını söyləməyə əsas verir.
Gülər Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53