Ramiz Rzayev: "Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir"
12:25 07-02-2014
CƏMİYYƏT
Ramiz Rzayev: "Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir"
"Son illər ölkəmizdə aparılan genişmiqyaslı islahatlar ədalət mühakiməsinin səmərəliliyinin artırılmasından, məhkəmə sisteminin daha da təkmilləşdirilməsindən, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasından, hakimlərin sayının artırılmasından, yeni və şəffaf prosedurlarla hakimlərin seçilməsindən, respublikamızda müasir məhkəmə infrastrukturunun yaradılmasından ibarətdir.
Bu tədbirlər çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir".
Bunu Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev deyib.
R. Rzayev qeyd edib ki, bu məqsədlə artıq bir neçə ildir ki, hakimlər, hakim köməkçiləri və məhkəmə katiblərinin iştirakı ilə Ali Məhkəmədə hər həftənin ikinci günü keçirilən seminar-məşğələlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin milli məhkəmə təcrübəsi üçün aktual olan qərarlarının təhlili aparılır: "Daha sonra belə qərarlar müvafiq tövsiyələr ilə aşağı instansiya məhkəmələrinə nəzərə alınması üçün göndərilir. Bundan əlavə, bu ildən etibarən Ali Məhkəmənin hakimləri və bu sahədə ekspertlər tərəfindən mütəmadi olaraq apellyasiya və birinci instansiya məhkəmələri hakimlərinə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsinə dair müvafiq mövzular üzrə məşğələlərin keçirilməsi nəzərdə tutulur. Bundan irəli gələn təşkilati məsələlərin həll edilməsi və Konvensiyanın ayrı-ayrı normalarının şərhinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinin təhlil edilməsi, ölkəmizlə bağlı qərarlarında əks olunan hüquqi mövqelərin (presedentlərin) öyrənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması, insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq standartların digər dövlətlərin məhkəmə təcrübəsində rolunun araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən ədalət mühakiməsi həyata keçirilərkən onlara Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi ilə əlaqədar yardım göstərilməsi məqsədilə Ali Məhkəmədə ötən ildən etibarən İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərir".
Digər Xəbərlər
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51