Azərbaycan vergidən yayınma risklərini qiymətləndirir
12:54 07-02-2014
İQTİSADİYYAT
Azərbaycan vergidən yayınma risklərini qiymətləndirir
Azərbaycanda vergidən yayınma risklərinin qiymətləndirilməsinə başlanılıb. Bunu dünən Bakıda işə başlayan vergi forumunda Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev bildirib.
Onun sözlərinə görə, vergi ödəyiciləri ödədiyi ümumi verginin fəaliyyət göstərdiyi bölgə və fəaliyyət növünə görə müəyyən edilmiş orta statistik vergi məbləğinin nisbətinə görə 11 risk qrupuna bölünür. Bu risklər 0-5 ballıq sistemlə qiymətləndirilir.
İdarə rəisi bildirib ki, bu risk dərəcəsinə əsasən, vergi ödəyicisi ilə partnyorluq sazişi imzalanmasına baxılacaq:
“Gələcəkdə vergi ödəyicilərinin də özlərinin bu risk dərəcələrini müəyyənləşdirmək imkanı olacaq. Bunun üçün Vergilər Nazirliyinin saytında şərait yaradılacaq”.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53