Azərbaycan ordusunda namaz qadağandır?
12:58 07-02-2014
CƏMİYYƏT
Azərbaycan ordusunda namaz qadağandır?
Ekspert: “1990-cı illərdə Müdafiə Nazirliyi tərəfindən xüsusi şöbə yaradılmışdı ki, həmin şöbə bu sahəyə nəzarət edirdi”
General-polkovnik Zakir Həsənovun müdafiə naziri vəzifəsinə təyinatından sonra nazirliyin strtukturunda və fəaliyyətində ciddi dəyişikliklər edildi. Nazir sələfi Səfər Əbiyevin bəzi kadrlarını işdən çıxarmaqla yanaşı onun təməlini qoyduğu idarəçilik sistemini də köklü şəkildə dəyişdi. Belə ki, Z.Həsənov nizam-intizam tədbirlərini gücləndirmək məqsədi ilə hərbi hissələrə baş çəkərək Orduda ciddi rejim tətbiq etməyə başladı.
azvision.az saytına daxil olan məlumata görə, yeni nazirin fəaliyyətə başlamasından sonra ordu sıralarında əsgər və zabit heyətinə dini ayinlərin icrasına qadağan edilib. Hərbi hissələrdə namaz qılmaq və eləcə digər dini rituallar rəsmən qadağan edilməsə də orduda bu istiqamətdə müəyyən məhdudiyyətlərin tətbiq edildiyi qeyd edilir.
Əslində bu qadağanın hələ S.Əbiyev dönəmində daha aktual idi.
Maraqlıdır, orduda namaz qılmaq qanun çərçivəsində qadağan edilməsə də nə üçün belə bir məhdudiyyət tətbiq edilir?
Hərbi ekspert Üzeyir Cəfərov hərbiçilərin namaz qılmasının problemli olduğunu deyib. Ekspertin sözlərinə görə, belə bir qadağa birbaşa hərbi hissə komandirləri tərəfindən tətbiq edilir: “Hərbi xidmətdə dini ayinlərin icra edilməsi məsələsi sona qədər tənzimlənməyib. İnanclı insanlar hələ də hərbi xidmətdə problemlər yaşayır. Rəsmilər belə bir halın olmadığını desə də bu sahədə problemlər var. Hərbçi və əsgərlərin dini ayinləri yerinə yetirməyə icazə verilməməsini döyüş hazırlığına maneə kimi izah edirlər. Hardasa onları da başa düşmək istəyirəm, amma eyni zamanda insanların konstitusiya ilə təsdiq olunmuş vicdan azadlığı var. Bu hüquqlara hörmətlə yanaşılmalıdır”.
Dini ayinlərin döyüş hazırlığına necə təsir etdiyinə gəlincə, hərbi ekspert bunu belə izah etdi: “Əsgərlər, gizirlər, zabitlər arasında İslam dininə hörmətlə yanaşan, ona etiqad edən adamlar var ki, onlar namaz qılır. Bunun döyüş hazırlığına mane olmağına gəlincə isə bunu belə izah edirlər. Məsələn, kiminsə namaz qılma vaxtıdı və eyni vaxtda hərbi hissədə həyəcan qinalı çalınır, yaxud da ki, hansısa döyüş tapşırığını həyata keçirməklə bağlı tapşırıq gəlib. Burada müəyyən çətinliklər yaranır”.
Ekspert əlavə edib ki, 1990-cı illərdə Müdafiə Nazirliyi tərəfindən xüsusi şöbə yaradılmışdı ki, həmin şöbə bu sahəyə nəzarət edirdi: “Həmin şöbəyə nəzarət edən hacı var idi. O, komissiyalarda zabitlərin namaz qılmasına və dini ayinləri icra etməyinə nəzarət edirdi. Sonradan çox müəmmalı şəkildə bu şöbə ləğv olundu. Bu, son dərəcə ciddi məsələdir”.
Ü.Cəfərov vurğulayıb ki, hərbi hissələrdə dini ayinlərin icrasın münasibət fərqlidir. “Belə ki, hərbi hissəyə rəhbərlik edən komandirin dinə münasibəti normaldırsa, onlar çalışır ki, inanclı insanlara şərait yaratsın. Amma elə komandirlər var ki, din adı gələndə az qala başı ağrıyır və onlar icazə vermir ki, əsgər hara namaz hara. Azərbaycanda ən böyük qanun Konstitusiyadır. Orada da bir çox azadlıqlarla bağlı dini azadlıq da var. Ona görə də dini ayinlərin icrasına icazə verməmək insanların konstitusion hüquqlarını pozmaq hesab olunur”.
Müdafiə Nazirliyi hərbi hissələrdə namaz qılmağın qadağan edilməsi ilə bağlı ittihamlara aydınlıq gətirib.
azvision.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir: “İlk olaraq qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır. Azərbaycan Respublikası çoxkonfessiyalı dövlət olduğu kimi, Silahlı Qüvvələrimizdə də müxtəlif dini əqidəyə malik vətəndaşlarımız hərbi ximət keçirlər. Bununla belə Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir” - nazirlikdən bildirilib.
Fatimə Kərimli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22