Azərbaycana KMO-lar gətirilirmi?
Vahid Əhmədov: “Ölkəyə heç bir geni dəyişdirilmiş məhsul buraxılmamalıdır”
“Prezident İlham Əliyev srağagünki çıxışında bu məsələyə toxunduğu üçün burda müəyyən dəyişikliklər və irəliləyişlər gözləməyə dəyər”. Bunu millət vəkili Vahid Əhmədov dövlət başçısının ölkədə xaricdən geni dəyişdirlimiş meyvə idxalının azaldılması ilə bağlı səsləndirdiyi tələbləri şərh edərkən deyib.
Deputat əlavə edib: “Hər şey dövlət qurumlarından asılıdır. Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti bu cür məsələlərdə daha ciddi mövqe sərgiləməlidirlər. Sərhəddə normal laboratoriya yaradılarsa, Azərbaycana heç bir geni dəyişdirilmiş məhsul buraxılmayacaq. Rusiyada da bununla əlaqədar çox ciddi tədbirlər həyata keçirilib. Məsələ ilə bağlı qanunlar da qəbul etmək istəyirlər. Bizdə isə bu məsələ ilə bağlı qanunlar var. Sadəcə, o qanunları icra etmək lazımdır”.
Millət vəkilinin fikrincə, Azərbaycanda modifikasiya olunmuş məhsullar da çoxdur. “Biz hələ də daxili bazarımızı qoruya bilmirik. Müəyyən çətinliklərin olması səbəbindən məhsullar tələbatımızı ödəmir. Son vaxtlar geni dəyişdirilmiş məhsullar həddindən artıq çoxalıb. Belə məhsullar insan sağlamlığı üçün çox təhlükəlidir. Bunun da nəticəsi olaraq dəhşətli xəstəliklər meydana gəlir. Dünən cənab prezident də çıxışında qeyd etdi ki, bunların qarşısı alınmalıdır. Müəyyən laboratoriyalar istifadəyə verilməlidir ki, ölkəyə daxil olunan məhsullar sərhəddə yoxlanılıb sonra buraxılsın. Bu, çox ciddi məsələdir. Dəfələrlə Milli Məclisdə də bu məsələni qaldırmışam”.
Qeyd edək ki, srağagün prezident İlham Əliyev məmurların iştirakı ilə keçirilən konfransdakı çıxışında ölkəyə gətirilən modifikasiya olunmuş kənd təsərrüfatı məhsulları (GMO-lar) ilə bağlı məsələyə də münasibət bildirib.
Namidə Bingöl
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53