Sumqayıtda dəhşət: bacıoğlu dayılarını diri-diri yandırdı
Sumqayıtda dəhşət: bacıoğlu dayılarını diri-diri yandırdı
23 yaşlı gənc bağ evinə od vuraraq qapıları bağıayıb

Son zamanlar cəmiyyətdə aqressiv ovqatın hökm sürməsi halı müşahidə olunur. İntihar və qətl hallarının durmadan artan statistikası da məhz bunun təsdiqidir. Elə gün olmaz ki, respublikada hansısa qətl və ya intihar hadisəsi baş verməsin. Bu qəbildən olan xəbərlərin çoxluğu isə cəmiyyətdə sanki baş verənlərə qarşı laqeydlik hissi yaradıb. Amma inanırıq ki, indi oxuyacağınız xəbər, hər birinizi sarsıdacaq.
İnanılmazdı, amma Sumqayıt şəhərində 23 yaşlı gənc dost-doğma dayılarını evə salaraq qapını bağlayıb və onları diri-diri yandırıb. Dünən səhər saatlarında baş verən hadisənin “qəhrəmanı” isə 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasovdur. O, dayıları 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb.Baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar aydın olub. Hadisə baş verərkən 23 yaşlı Əsgəralı Abbasov və dayıları sərxoş vəziyyətdə imiş.Məlumata görə, Ə.Abbasov Xızı rayonunun Şurabad qəsəbəsindəndir. O, dayılarının yanında usta köməkçisi işləyib. Hadisə baş verərkən isə onlar sərxoş vəziyyətdə 23 yaşlı oğlanın valideynini, atasını ələ salıblar. Buna dözməyən gənc çölə çıxıb və qapını bağlayaraq evə benzin vurub. Hər üç şəxs tüstüdə boğularaq ölüb.
Cinayəti törədən gənc isə saxlanılıb. Faktla bağlı cinayət iş ibaşlanıb, araşdırma aparılır,
Şamil