Təhsil Nazirliyi QMİ-yə “yox” dedi
09:15 08-02-2014
CƏMİYYƏT
Təhsil Nazirliyi QMİ-yə “yox” dedi
Qafqaz Müsəlmanları İdarəsinin məktəblərdə dini dərslərin keçirilməsi təklifinə etiraz gəldi
“Azərbaycanın dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”
Azərbaycan Təhsil Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ölkədə yaranmış dini radikalizm probleminin aradan qaldırılması, insanların dini cəhətdən düzgün maariflənməsi üçün orta və ali məktəblərdə dini dərslərin mütləq şəkildə tədris edilməsi ilə bağlı təklifinə münasibət bildirib. Təhsil Nazirliyindən sözügedən təkliflə bağlı bildirilib ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə görə, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu mənada məktəblərdə ayrıca dini dərslərin tədrisi məqsədəuyğun sayılmır.
Bununla belə, ayrı-ayrı dinlər haqqında, xüsusilə islam dini, görkəmli şəxsiyyətləri, müqəddəs kitabımız Qurani-Kərim və burada insanlara təlqin olunan mənəvi dəyərlər haqqında şagirdlərə məlumatların verilməsi zəruri hesab edilir. Həmin məlumatlar ümumtəhsil məktəblərində tədris olunan "Həyat bilgisi" fənnində və digər fənlərdə nəzərə alınıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Azərbaycanın orta və ali məktəblərdə dini dərslərin tədrisində çox gecikdiyini söyləyib. O qeyd edib ki, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda problemlərin çoxu gənclərin İslam dinini düzgün anlamaması, yalançı təbliğat səbəbindən yaranır. Bu gün Azərbaycanda insanların dini maariflənməsi üçün kifayət qədər tədris imkanları yoxdur. Bakı İslam Universitetinin və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunlarından istifadə edərək orta və ali məktəblərdə dini dərslər keçmək, dinlərin əsasları ilə bağlı kompleks təlimlər təşkil etmək mümkündür.
Şahin
Digər Xəbərlər
2024-12-25 19:03:45
2024-12-25 18:50:09
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00