Bakıda sürücülərin sərnişinlərlə “kart razborkası”
09:16 08-02-2014
CƏMİYYƏT
Bakıda sürücülərin sərnişinlərlə “kart razborkası”
Gediş haqqını kartla ödəyən sərnişinlər sürücülərin hücumuna məruz qalır, Nəqliyyat Nəqliyyat Nazirliyi isə baş verənlərlə bağlı susur
Bakı şəhərində sərnişin avtobuslarında kart sisteminin tətbiqi uzun müddətdir ki, müzakirə olunurdu. Nəhayət 2014-cü ilin ilk ayından həmin sistem tam olmasa da işə salındı. Sərnişindaşımada ciddi islahar sayıla biləcək bu addımın tətbiq olunması isə problemlərlə müşahidə olunur. Belə ki, artıq bir sıra xəttlər üzrə hərəkət edən marşrutlarda tətbiqinə başlnan kart sistemi sürücülərlə sərnişinləri üz-üzə qoyub.
Belə ki, hadisə şahidi olan sərnişinlərin bildirdiklərinə görə, kartdan istifadə edən sərnişinlər sürücülərin təzyiqlərinə məruz qalırlar.Kart vasitəsilə gediş haqqını ödəyən sərnişinlərə qarşı aqressiv olan sürücülər onlardan gediş haqqının həm də nağd şəkildə ödənilməsini tələb edirlər.
Hadisə şahidləri bildiriblər ki, ötən gün Bakıda şəhər daxilində hərəkət edən 86 saylı avtobusda səhər saatlarında bu məsələ ilə əlaqədar sərnişinlə sürücü arasında ciddi problem yaranıb. Sərnişinin gediş haqqını kartla ödəməsinə əsəbiləşən sürücü onu təhqir edərək, pulu nağd yolla ödəməsini, o pulu ödəməyənə qədər avtobusun qapılarını acmayacağını söyləyib.
Gediş haqqının artıq kartla ödənildiyini xatırladan sərnişinə isə sürücü "Bunun mənə heç bir aidiyyəti yoxdur. Mən plan verirəm, mənim pulumu ver. Haraya istəyirsən, get şikayət et" deyə qışqırıb. Sərnişin sürücü ilə ciddi mübahisə etdikdən və digər sərnişinlərin hadisəyə müdaxilə etməsindən sonra sürücü avtobusun qapısını açıb.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovla əlaqə saxlamaq cəhdləri isə uğursuz olub. N.Həsənov telefon zənglərinə cavab verməyib.
Qeyd edək ki, 29 yanvar 2014-cü il tarixə olan məlumata görə, artıq Bakı şəhərində 40 marşrut xətti üzrə nəqliyyat kartlarının tətbiqi reallaşdırılıb. Bu isə 743 ədəd avtobus deməkdir. Həmin marşrutlar bunlardır:
1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95, 96.
Nəqliyyat Nazirliyinin məlumatına görə, avtobuslarda validatorların quraşdırılması prosesi davam etdirilir və yaxın vaxtlarda kart sisteminin tətbiq edildiyi avtobusların sayı daha da artırılacaq. Amma göründüyü kimi, məsələ təkcə avtobuslarda validatorların quraşdırılmasından da getmir. Əgər sürücülər, gediş haqqını kartla ödəyən sərnişinlərə qarşı bu cür aqresiya nümayiş etdirirsə deməli, Nəqliyyat Nazirliyi görməli olduğu işi tam şəkildə həyata keçirə bilməyib. Ümumiyyətlə isə maraqlıdır, Nazirlik və ya marşrut sahibləri sürücülərdən plan tələb edirsə kart sisteminin tətbiqində problemlər qaçılmaz olacaq. Odur ki, nazirlik nəqaliyyat kartlarının tətbiqiylə bağlı ortaya çıxmış problemləri aradan qaldırmaq istiqamətində də düşünsə pis olmaz. Hər halda sərnişinin əlində nəqliyyat kartı görəndə təhqirlərə keçən sürücülərə “qırmızı kart” göstərməyin zamanı çatıb.
Şahin
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22