Ziyad Səmədzadə: "Tarazlaşdırılmış vergi siyasəti Azərbaycana qlobal çağırışları uğurla qarşılamağa icazə verdi"
09:18 08-02-2014
CƏMİYYƏT
Ziyad Səmədzadə: "Tarazlaşdırılmış vergi siyasəti Azərbaycana qlobal çağırışları uğurla qarşılamağa icazə verdi"
Azərbaycanda yürüdülən tarazlaşdırılmış vergi siyasəti, habelə iqtisadi siyasət ölkəyə qlobal çağırışları uğurla qarşılamağa imkan verdi.
Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə cümə günü Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumunda çıxışı zamanı deyib.
Z.Səmədzadə bildirib: "Vergi siyasəti istənilən dövlətin fəaliyyətinin ayrılmaz hissəsidir və bu, obyektiv zərurətdir. Azərbaycanda vergi sisteminin formalaşması çətin vaxtlar keçirib. İndi hər şey arxada qalıb və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi strategiya sayəsində Azərbaycan bu gün dinamik inkişaf edən ölkələrdən biridir".
Onun sözlərinə görə, fəal vergi siyasətinin mühüm istiqamətlərindən biri özəl sektorun dəstəklənməsi və vergiödəyicilərin sayının artması hesabına daxilolmaların artımıdır: "Əgər əyani misal gətirsək, bu yaxınlarda dövlət başçısının sərəncamı ilə uşaq bağçalarının 10 illiyə mənfəət vergisinin ödənişindən azad olunduğunu göstərmək olar. Bu, ondan xəbər verir ki, özəl sektorun bu sahəyə diqqət ayırmasına dəyər. Azərbaycanda on illər ərzində məktəbəqədər müəssisələrin çatışmazlığı müşahidə olunub və özəl sektorun stimullaşdırılması bu problemi həll edə bilər. Oxşar stimullaşdırıcı ölçülərdən digər sahələrdə də istifadə etmək lazım gəlir".
Ötən il Azərbaycanda 72 984 vergi ödəyicisi qeydə alınıb ki, bundan 42,2 faiz elektron şəkildə qeydiyyatdan keçib. 2014-cü il yanvarın 1-nə vergi ödəyicilərin ümumi sayı 537 828 təşkil edib.
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34