Zakir Qaralovdan sərt qərar
09:21 08-02-2014
İQTİSADİYYAT
Zakir Qaralovdan sərt qərar
Baş prokuror 32 işçisinə töhmət verdi,
6 nəfəri isə işdən qovdu
Bir neçə gün öncə Prezident İlham Əliyev müşavirə keçirərək bir sıra mühüm məqamlara toxundu və bir daha bəyan etdi ki, məmurlar işlərinə məsuliyyətli yanaşmalı, biganəliyə yol verməməlidirlər.
Prezidentin bu açıqlamasına ilk reaksiya respublika prokurorluğundan gəldi. Prokurorluğun mətbuat xidmətindən “Unikal”a daxil olan xəbərə görə kollegiya iclası keçirilib və iclasda giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, ötən il xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirən 15 nəfər, o cümlədən 8 nəfər, ilk dəfə müstəqil vəzifəyə irəli çəkilərək rayon prokuroru vəzifələsinə təyin edilib, 111 prokurorluq işçisi yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkilib, xidmətdə fərqləndiklərinə görə 193 işçi mükafatlandırılıb. Zakir Qaralov bildirib ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2013-cü ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 32 nəfərə şiddətli töhmət və töhmət elan olunub, 3 əməkdaş tutduğu vəzifələrdən azad edilib, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 3 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Bunu da qeyd edək ki, cəmiyyətdə müsbət imicə malik olmayan elə qurumlar var ki, bu günə qədər bir dəfə də olsa deyilənlərdən nəticə çıxartmayıblar və süründürməçilik,bürokratiya pik həddə çatıb.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20