Satılan, alınan müxalifətin ölümü
Satılan, alınan müxalifətin ölümü


Rus rublu, ABŞ doları və İran dirəmi müxalifətin köməyinə çatmadı

Prezident seçkiləri sona çatsada,müxalifət biabırçı şəkildə məğlub olsada hələdə aydınlaşdırılmayan məsələlər qalmaqdadır.Söhbət Milli Şura şəkilində birləşən müxalifətin xarici orqanlar tərəfindən idarə olunmasından gedir. Hətta məsələ o qədər ciddi olub ki, prezident İlham Əliyevdə bununla bağlı açıqlama verdi:-“ Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır.

Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”. İndi isə gəlin müxalifətin hansı qüvvələrlə əməkdaşlıq etmələrinə baxaq.

İran tüməninə
göz dikənlər

Müxalifət daxilində az miqdarda olsada İran təsirində olan qüvvələrdə var və həssas məqamda İran tüməni işə düşür. Söhbət öncələr yalnız İslam Partiyasının İrana xidmətindən gedirdisə, bu dəfə Milli Şura daxilində də İran tümənini hərəkətə gətirənlər tapıldı. Belə ki, Milli Şuranın üzvləri Eldəniz Quliyevlə, Mehdibəy Səfərov Milli Şurada İran maraqlarını qorumağa çalışdılar. Qeyd edək ki, hər iki şəxs artıq uzun illərdi ki, İranla sıx bağlıdırlar və dəfələrlə məhz İranın təkidi və istəyi ilə ölkədə talış separatizmini inkişaf etdirməyə çalışıblar. Elə Milli Şura daxilində ola-ola "Azəri-Talış" Birliyini yaratmalarıda buna misaldır. Düzdür, hələ ki, onlar müxalifət düşərgəsində ciddi mövqeyə sahib deyillər. Amma nəzərə alsaq ki, sabah bu şəxslər İrana bağlı bidini qruplara lider kimi gətizdirilərlərsə onda sözsüz ki, müəyyən gərginliklər yaşanacaq. Çox qəribədir ki, hər zaman İrana qarşı sərt mövqe nümayiş etdirən müxalifət bu dəfə İranmeyilli qüvvələrlə əməkdaşlığa getdilər. Bu isə sübut edirdi ki, müxalifət regiona yaxın dövlətlərin hər birinin maraqlarını həyata keçirtməyə hazır idilər ki, təki hakimiyyəti ələ alsınlar. Ən gülməli başqa bir məqam isə budur ki, hər zaman Rusiyaya sərt mövqe sərgiləyən, bəzi hallarda hakimiyyəti Rusiya ilə əməkdaşlığa görə ittiham edən müxalifət Rusiyanında yardımlarından bəhrələndilər.

Rusiya rublunun təsiri

Seçkilərdən öncə Rusiyada gözlənilmədən Azərbaycan mövzusu bir nömrəli mövzuya çevrildi. Siyasətdə naşı olan,Kremlin sifarişlərini gözübağlı şəkildə həyata keçirən Söyün Sadıqov hakimiyyətə qarşı sərt bəyanatlar verməyə başladı. Bunun davamı olaraq “Milyarderlər İttifaqı” ortaya çıxdı və hər zaman hakimiyyətə sadiqlik nümayiş etdirən Abbas Abbasov kimi şəxslər belə əks-cəbhəyə keçdilər. Bu isə vəziyyətin kifayət qədər kritik olduğunu göstərirdi. Amma Azərbaycan hakimiyyətinin vaxtında prosesə qoşulması səbəbindən “Milyarderlər İttifaqı” cəmiyyətdə özünə yer tuta bilmədi. Buna görə Rusiya planını dəyişdi və Rüstəm İbrahimbəyov rus rublunun sahibinə çevrildi. Hələ o zaman artıq müxalifətin tanınmış bəzi simaları Milli Şuranı Rusiyanın projesi adlandırdılar və kənara çəkildilər. Rüstəm İbrahimbəyov isə artıq kisənin ağzını açmışdı və özünə AXCP simasında dəstək də tapmışdı. Bu biri tərəfdən ruslarla qohumluğu olan Eldar Namazovda Kreml layihəsinin bir nömrəli fiqruna çevrilməkdə idi. Ekspertlər hesab edir ki, müxalifətin öz daxilində bu layihənin Rusiyaya məxsusluğu etiraf edilməsəydi və buna görə şübhələr artmasaydı vəziyyət daha kritik olardı. Həmçinin Rusiyanın təzyiqlərinə baxmayaraq Azərbaycan hakimiyyəti prinsipialıq göstərdi və Rusiyayada məlum oldu ki, müxalifət onun istədiyini verə bilməyəcək. Ümumiyyətlə bir məsələyə də diqqət yetirmək lazmdır ki, bu günə qədər müxalifətdən istifadə edən heç bir qüvvə onların hakimiyyətə gəlməsini istəməyiblər. Sadəcə olaraq onlardan hakimiyyət üçün istifadə ediblər. Elə istifadə edənlərdən biri də qərb və ABŞ oldu.

Yevro və doların təsiri

Bu seçkilərdə qərbin və ABŞ-in tutduğu mövqedə kifayət qədər maraqlı oldu. Gəlin detallara baxaq. ABŞ hakimiyyəti, yəni Ağ ev bu seçkilərdə o qədər də aktivlik göstərmədi. Çünki İlham Əliyevə alternativin olmadığını bilirdilər, həm də müxalifətin Rusiya ilə gizli sövdələşməyə getmələri ABŞ-in maraqlarına cavab vermirdiş. Həmçinin dindarlarında müxalifətə meyillənməsi ABŞ-i narahat etdi. Çünki Tunisdə, Misirdə müxalifətə dəstək verən ABŞ bir də onda ayıldı ki, bu ölkələrdə Əl-Kaida kimi terror təşkilatları hakimiyyəti ələ alıb və bu proses hazrda Suriyada da gedir. Bütün seçkilərdə aktivlik göstərən və maliyyə ayıran Soros fonduda bu seçkilərdə demək olar ki, gözə dəymədi. Amma qərbdə durum nisbətən fərqli oldu. Öncə Almaniya tam gücü ilə Azərbaycanı hədəfə aldı. Demək olar ki, Almaniya mətbuatı, QHT-ləri, beyin mərkəzləri Azərbaycanı hədəfə almışdılar, amma həm də sona qədər müxalifətə etibar etmirdilər. Buna görə də əsasən Fredom Haus təşkilatı önə çəkildi.Müşahidəçilərdə hesab edir ki, bu seçkilərdə məhz bu təşkilat müxtəlif yollarla müxalifətə müəyyən qədər vəsait ötürə bildi. Həmçinin ATƏT-in institutlasrından biri müxalifət mövqeyində durdu və seçkilərdən sonra sərt hesabatla çıxış etdilər. Ancaq Avropa Şurası, Avropa İttifaqı kimi ciddi qurumlar əks mövqe tutdular. Ekspertlərin fikrincə bu günə qədər keçirilən seçkilərdə yalnız bu dəfə qərb müxalifətə lazım olan dəstəyi vermədilər. Amma hesab edilir ki, seçkilərdən sonra qərbin müxalifətlə yenidən iş birliyinə gedəcəyi gözlənilir. Elə Mehman Əliyevin ortaya çıxan səs yazısıda buna sübutdur. Həmin yazıda beynəlxalq təşkilatlardan birinin üzvü Mehman Əliyevə əməkdaşlıq təklif edir, nə qədər vəsaitin lazım olmasını soruşur. Maraqlıdır, bəs bundan sonrakı mərhələdə qərb təşkilatları hansı formada iş birliyinə başlayacaqlar?

Yeni qüvvələrin
formalaşdırılması planı

Ekspertlər hesab edir ki, qərbin bəzi beyin mərkəzləri bütün güclərini Azərbaycanda yeni siyasi qüvvənin formalaşmasına yönəldəcəklər. Çünki ənənəvi müxalifət artıq gündəmdən çıxıb və onların cıəmiyyətdə reabilitasiyası mümkünsüzdür. Bunun üçündə yeni qüvvələrə ehtiyac yaranıb. Aldığımız məlumata görə hazırda hədəfdə olan əsas güc “ReAl” təşkilatıdır. Təşkilatın sədri İlqar Məmmədov qərb təşkilatları ilə sıx bağlıdır və həbs olunana qədər də məhz maliyyəni bu təşkilatlardan alırdı. Bunu da qeyd edək ki, İlqar Məmmədov həbs olunanda ən çox ertirazlar qərb təşkilatlarından gəldi. Başa bir nüans isə budur ki, bu təşkilatların himayəsində olan gənclərdə “ReAl”a istiqamətləndirilir. Məqsəd isə ilk növbədə bu təşkilatı beyin mərkəzinə çevirmək, bunun davamı olaraq təşkilatlanmalarını təmin etməkdir. Qeyd edək ki, qarşıdan parlament seçkiləri gəlir və çox böyük ehimal ki, 2015-ci ilə qədər “ReAl”ın partiyaya çevrilməsi prosesi tam təmin ediləcək və onlardan ən azından 2 nəfərinin parlamentə düşmələrinə cəhd ediləcək. Bununla da onların ictimailəşməsi prosesi həyata keçiriləcək. İkinci tərəfdən ekspertlər hesab edir ki, qərb ölkənin əyalətlərində də fəaliyyəti gücləndirəcək. Çünki əyalətlərdə kütlənin aktivliyi yox dərəcəsindədir və seçkilər zamanı aktivliyi təmin etmək mümkün olmur. Ötən il İsmayılı,Quba hadisələrinin baş verməsi də təsdiqlədi ki, müəyyən ajiotaj yaratmaqla kütləni itaətsiz gücə çevirmək olar. Bu səbədən beyin mərkəzləri bu istiqamətdə də ciddi işlər görməyə çalışacaqlar. Buna görə də siyasi partiyalar yox, Qeyri Hökümət Təşkilatlarına diqqət ayrılacaq. Soruşula bilinər ki, nədən belə bir yol seçsinlər? Sualın cavabı sadədir. Bu gün Ukrayna uğrunda Rusiya ilə qərb arasında açıq savaş gedir və görünən budur ki, Rusiya uduzur. Ukraynada hakimiyyət dəyişərsə Ukrayna bir anın içində Avropa ailəsinə çevriləcək. Və bundan sonra sözsüz ki, hədəfdə Azərbaycan olacaq. Çünki Gürcüstan Avropanın bir addımlığındadır və bu ölkənin siyasi həyatının böyük bir hissəsi Azərbaycandan aslı haldadır. Yəni Azərbaycanın qərbə inteqrasiyası bütövlükdə regionun Rusiya təsirindən çıxması demək olacaq. Qərb isə bu prosesin sürətlənməsi, bəzi məqamlarda Azərbaycana təsir göstərmək üçün alternativ güclər yaratmağa çalışacaq. Mövcud hakimiyyət isə sözsüz ki, susmaq niyyətində deyil və hazırda konkret mövqeyini göstərib. Mövqe isə bundan ibarətdir ki, heç bir bloka qoşulmaq niyyətində deyillər və əməkdaşlqlar iki dövlətlər arasında ola bilər. Bu isə o deməkdir ki, Azərbaycan nə Avropa İttifaqına üzv olmaq niyyətindədir, nə də Rusiyanın yaratdığı Avrasiya İttifaqına. Bununla yanaşı Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək bu gün qərbin enerji təhlükəsizliyini təmin edə bilir. Beləliklə gördüyünüz kimi böyük oyunlarda, piyada rolunda çıxış edən ,satılan və alınan müxalifət özünü bir dəfəlik dəfn etdirib. Artıq onları nə rus rublu, nə ABŞ dolları, nə qərb yevrosu, nə də İran dirəmi xilas edə bilməyəcək.

Mehdi Əli