Kiprlə bağlı yeni plan
09:23 08-02-2014
İQTİSADİYYAT
Kiprlə bağlı yeni plan
Tək dövlət, tək vətəndaşlıq?!
Kipr problemi ilə bağlı müzakirələrə ABŞ dövlət katibinin köməkçisi Victoria Nulandın müdaxilə etməsindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) masaya yeni bir ortaq mətn qoydu. Türkiyə mediasının verdiyi məlumata görə, Birləşmiş Kiprin əsaslarını müəyyənləşdirən BMT sənədi yeni dövlətin tək suverenlik, tək vətəndaşlıq və tək təmsilçiliyinə söykənən federal bir quruluşda olmasını nəzərdə tutur.
Adanın yunan tərəfində naharatlıq yaratan sənədin Şimali Kipr Türk Respublikasında (ŞKTR) araşdırıldığı bildirilir. BMT-nin ABŞ-la birlikdə sövdələşmə şansı vermədən ortaya qoyduğu sənəd 1,5 ildir ki, təxirə salınan müzakirələrin yenidən başlanmasını nəzərdə tutur. Sənəddə kiprli türklərin suverenliklə bağlı narahatlığının aradan qaldırılmasına çalışıldığı deyilir.
ŞKTR-nin suverenliklə bağlı narahatlığı "tərəflərdən heç biri digər tərəf üzərində səlahiyyət və nüfuz qazana bilməz" və "BMT-yə üzv ölkələrin sahib olduğu tək suverenliyə sahib olacaq" cümlələri ilə aradan qaldırılır. BMT nizamnaməsinə görə, üzv dövlətlər suverenliyini xalqlarından alır. Bu ifadə Kiprdə suverenliyin mənbəyinin türk və yunan xalqlarının olması anlamına gəlir. Qeyd edək ki, yunan tərəfi kiprli türklərin suverenliyinin açıq bir şəkildə razılaşma sənədində ifadə olunmasına qarşı çıxırdı. Yunanlar kiprli türklərin birləşmədən sonra ayrılacağından ehtiyatlanır. Bu narahatlıq da "bölünmə və ayrılıq qadağan edilir" cümləsi ilə aradan qaldırılır. Cənubi Kipr prezidenti sənədi müzakirə etmək üçün dünən Afinaya gedib.
BMT-nin təqdim etdiyi sənəd 8 maddə və 2 səhifədən ibarətdir. BMT və ABŞ tərəflərin gələn həftə sənəd ətrafında müzakirələrə başlamasını gözləyir. Sənədin maddələri aşağıdakılardır:
-Yeni dövlət siyasi bərabərlik əsasında iki cəmiyyətli, iki bölgəli federasiyaya olacaq.
-BMT və Avropa İttifaqının üzvü olaraq tək vətəndaşlıq, tək təmsilçilik və BMT-yə üzv ölkələrin sahib olduğu tək suverenlik olacaq.
-Suverenlik kiprli türk və yunanlar arasında bərabər paylanılacaq.
-Birləşmiş Kipr vətəndaşları həmçinin türk və yunan federasiyalarının hər hansı birinin vətəndaşı olacaq.
-Heç bir tərəf digər tərəf üzərində nüfuz və administrativ səlahiyyətə sahib olmayacaq.
-Birləşmiş Kipr hər iki tərəfdə eyni vaxtlı və ayrı-ayrı təşkil ediləcək referendumdan sonra ortaya çıxacaq.
-Başqa bir ölkə ilə hər hansı bir şəkildə qismən və bütöv olaraq birləşmə, ya da ayrılma haqqı qadağan ediləcək.
-Qurucu dövlətlər səlahiyyətlərini federal dövlətdən müstəqil şəkildə istifadə edəcək.
Şimali Kiprdə nəşr olunan "Havadis" qəzeti yunanların yeni torpaq tələbləri ilə əlaqədar xəritə və 78 səhifəlik qaralama planını əldə edib.Amma 2013-cü ilin dekabr ayında ortaya çıxan bir iddia yeni sənədində yunanlar tərəfindən qəbul ediləcəyi ehtimallarını azaldır. Belə ki, Şimali Kiprdə nəşr olunan "Havadis" qəzeti yunanların yeni torpaq tələbləri ilə əlaqədar xəritə və 78 səhifəlik qaralama planını əldə etmişdi.
"Havadis"ə görə, yunanlar Şimali Kiprin daxili hissələri, Karpaz yarımadasından bəzi ərazilər və Türkiyə mənşəli Şimali Kipr vətəndaşlarının əksəriyyət təşkil etdiyi Yeni Erenköy və Dipkarpaz kəndlərini əhatə edən xəritəni BMT-yə təqdim edib. Şimali Kipr indiki halda Kipr adasının 36 faizini təşkil edir. Bu Annan planında məhsuldar Güzelyurt bölgəsinin də yunanlara verilməsi ilə 29 faizə qədər aşağı düşürdü.
Annan Planı isə adanın türk və yunan hissələrini müstəqil bir dövlət olaraq birləşdirilməsini təklif edən BMT planıdır. Planın adı onu irəli sürən BMT-nin keçmiş baş katibi Kofi Annanın adından götürülüb.
Plan Kipr adasının İngilis bazaları bölgəsi xaricində qalan hissələrinin müstəqil və federal xüsusiyyətində bir dövlət şəkildə birləşdirilməsini nəzərdə tuturdu. Plana görə, Birləşmiş Kipr Respublikası nazirliklərinin ən azı üçdə biri türklərdən ibarət olmalı idi. Dövlət başçısı və baş nazir postlarında isə hər 10 aydan bir türklər və yunanlar bir-birini əvəzləməli idi.2004-cü ilin aprel ayında adanın hər iki tərəfində plana referendumla münasibət bildirildi. Plan türk tərəfindən 64,91 faiz "bəli" alsa da, yunanlardan 75,38 faiz "yox" cavabı almışdı. Buna baxmayaraq, yunan tərəfi adanın təmsilçisi olaraq Avropa İttifaqına qəbul edilib.
Keçən ilin sonlarında Türkiyənin "Hürriyet" qəzetinə danışan Şimali Kiprin prezident Dərviş Əroğlu yunanların bu günə qədər olmayan "ortaq mətn" şərtini irəli sürdüyünü bildirmişdi. Yunanların tək suverenlik, tək vətəndaşlıq və Kipr Respublikasının davam etməsini tələb etdiyini dilə gətirən Kipr türklərinin lideri i "yunan tərəfinin məqsədi bizim suverenlikdən məhrum edilərək Kipr Respublikasına daxil olmağımız və suverenliklərini Kiprin hər tərəfinə yaymaqdır. Biz suverenliyimizi güzəşt etsək, bütün Kiprin hakimi yunanlarmış kimi bir vəziyyət ortaya çıxacaq. Kiprdə keçmişdə yaşadıqlarımız yaddan çıxmayıb. Biz bir dövlət qurduq, öz idarəçiliyimiz var. İstəklərinə "bəli" desək, azlıq haqqları ilə kifayətlənmək məcburiyyətində qalarıq", - söyləmişdi.
Türk tərəfinin yunanların razılığa gəlmək istəmədiyini desələr də, indiki halda ABŞ-ın prosesə birbaşa müdaxiləsi tarixi onilliklər olan problemin həllinə ümidləri artırır.
Ömər Dağlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17