İnformasiyanın qara fəhlələri və məmur xofu
09:50 08-02-2014
CƏMİYYƏT
İnformasiyanın qara fəhlələri və məmur xofu
Məmurlar dövlətin iradəsinə boyun əyirlərmi?
KİV-in cəmiyyətdəki rolunu kiməsə xatırlatmağa ehtiyac yoxdur. Elə KİV-də çalışmaqla balalarına gündəlik çörək pulunu çıxartmaqla məşğul olan jurnalistlərin də... Bu ölkədə jurnalistlik peşəsi, sadəcə, qara fəhləlikdir. Ki, axşam, yaxud ayın sonunda evə əliboş getməsin.
Amma bu məqamda bizim olduqca xoşagəlməz bir rəqibimiz də var – evindəki pul seyfindəki pul dəstlərini günbəgün artırmaqdan ötrü dəridən, qabıqdan çıxan, həyadan, vicdandan soyunan xırda və iri məmurların xofu...
Hərçənd ki bu dövlətin jurnalistlərin sorğusunu dərhal cavablandırmaq, məmurların mətbuat vasitəsilə cəmiyyətə açıq olması barədə qanunu da var. Amma bir çox qanunlar kimi bu qanun da sadəcə kağız qarasıdır, onu vecinə alan yoxdur.
Niyə? Səbəb nədir? Qara fəhləlik həmkarlarımız bu barədə nə düşünürlər?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin “Unikal”la bölüşdüyü fikirlərə görə, “İlk baxşdan ölkədə mətbuatın normal fəaliyyət göstərməsi üçün normal da qanunvericilik aktları qəbul edilib. Lakin real epizodlara gələndə isə jurnalistin hökumət məmurlarından informasiya almaq cəhdləri əsil məşəqqətə çevrilir. Bu məmurlar, sadəcə, mətbuatdan qorxurlar. Ona görə yox ki, jurnalistlərlə təmas üçün səviyyələri çatmır. Yox. Onlar korporativ maraqlara ziyan vuracaqlarından ehtiyat etdikləri üçün mətbuatdan yayınırlar.”.
Arif Əliyev hesab edir ki, “Belə hallarda jurnalistin yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir. Lakin praktika göstərir ki, bu üsul da lazımi effekti vermir. Əksinə, məhkəmə həmin məmurun başını sığallayacaq və onun nüfuzu artacaq”.
“Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevin sözlərinə görə, “Əslində, jurnalistlə hökumət məmurunun münasibətləri səmimi işgüzarlığa əsaslanmalıdır. Təəssüflər olsun ki, bəzi məmurlar mətbuatla təmasdan yayınmağa çalışırlar. Bu da hansısa bir informasiyanın dəqiqləşdirilmədən yayımlanmasına gətirib çıxardır. Lakin həmin məmurlar bilməlidirlər ki, KİV-lə əlaqə qumaq, ona müntəzəm və operativ informasiya vermək ,elə cəmiyyətə açıq olmaq deməkdir. Çünki mətbuat cəmiyyətin güzgüsüdür. Deməli, mətbuata açıq olmayan məmur cəmiyyətə də açıq deyil. Bir cəmiyyətdə prezident mətbuata bu qədər diqqət ayırırsa, məmurunda borcu odur ki, jurnalistlərə diqqətli yanaşsınlar”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin “Unikal” a söylədiyinə görə, “Hökumət məmurları öz postlarında bu dövlətə və bu cəmiyyətə xidmət etmək üçün əyləşiblər və onların borcudur ki, dövlətin qoyduğu qanunlara sayğı ilə yanaşaraq KİV təmsilçisinin suallarını lazımi şəkildə cavablandırsınlar. Bunu qanun tələb edir. Qanunun tələblərinə riayət etmək istəməyən höklumət məmuru ilə isə məhkəmə diliylə danışmaqdan başqa çıxış yolu yoxdur. Əgər biz hüquqi dövlət qurmaq kursumuzu qəti şəkildə bəyan etmişiksə, məmurlar da dövlətin iradəsinə boyun əyməlidirlər”.
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Habiloğlu hesab edir ki, hökumət mıəmurlarından informasiya almaq məsələsi Azərbaycan jurnalistikasınn ən ağrılı yeridir. Onun “Unikal”a dediyinə görə, “Məmurların əksəriyyəti dövlət və cəmiyyət qarşısında üzüqara olduqları üçün KİV-dən gizlənirlər. Çünki ortalığa çıxartmalı layiqli işləri yoxdur. Elementar məntiqdir: hər kəs çalışır ki, yaxşı işini reklam etsin”.
Baş redaktor deyir ki, müxətlif ranqlı hökumət rəhbərləri ilə görüşlərdə bu problem dəfələrlə qaldırılıb: “Ölkə qanunvericiliyinə görə, hər bir məmur KİV mənsubunun sualına 24 saat ərzində cavab verməlidir. Lakin öz parktikamızda bu cür operativ davranan məmura rast gəlməmişik. Yeganə çıxış yolu vəzifə borcunu yerinə yetirmədiyi üçün həmin məmuru məhkəməyə verməkdir. Azərbaycanda isə məhkəmələr müstəqil qərar qəbul etmək iqtidarında deyil. Nəticədə isə uduzan yenə də jurnalist olacaq”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12
2024-12-26 13:33:10
2024-12-26 13:23:39
2024-12-26 13:23:00
2024-12-26 13:02:00
2024-12-26 12:34:30
2024-12-26 12:26:14