Əlisəmid Kür - 60
Dünən Azərbaycan çağdaş şeirinin tanınan imzalarından biri Əlisəmid Kürün 60 yaşı tamam olub. Şairi qutlayır və onun yubileyi münasibəti ilə "mediaforum" saytına müsahibəsindən bəzi parçaları oxuculara təqdim edirik:
*Allah hərəyə bir yolu, bir taleni yazıb. Mən bu yolu dübbədüz getmişəm, az da olsun sapınmamışam, məncə. Düzdür, mənə badalaq vuranlar da olub, özümdə də günah var. İnsanları sevən adamam, istəyərəm o insanlarda da mənə qarşı məhəbbət olsun. Mən qəşəng bir yol keçmişəm, geri qayıtmaqdan da qorxmuram, çünki bir səhv hərəkətim olmayıb. Amma bu yolu özümə arzulayıram, balalarıma, bir başqasına - yox. O yolun şirini də, acısı da mənimdir; türməsindən də, dəlixanasından da keçmişəm. Bu yazı mənim alnıma yazılıb, qəbulumdur.
*Harada olsam, həmişə özümün hücrəm olub. Kirədə qaldığım evlərdən İçərişəhərdə yaxşı yazırdım, orada çox işləmişəm. Elə ev də olub, o evdə yaza bilməmişəm. Yasamalda aldığım evdə də məhsuldar işləməmişəm. İndi Şüvəlanda oluram...
O gün yoldaşım deyir, bir bayquş gəlib özünü vurdu qonşunun evinə, düşdü bu yana. Şüvəlan hara, bayquş hara? Bəlkə də bu, xəbərdarlıqdır. Bu evdə də az işləyirəm.
*Hər gecə yatanda hesabat verən adamam: bu gün neyləmişəm, kimin qəlbinə dəymişəm... Həmişə də deyirəm ki, Allah, mənə öz ürəyimə görə ver. Ürəyimdən o qədər arxayınam!
*Bu yaxında bir rektor mənə dedi ki, gəl sənə iş verim. Getdim yanına, məlum oldu ki, dediyi işin 150 manat maaşı var. Mən də istəyirdim pensiyaya çıxana qədər babat maaşlı işim olsun ki, ömür vəfa eləsə, normal təqaüd ala bilim. Qismət olmadı, sağollaşıb çıxdım.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33