Yazıçılar Birliyinin jurnalında müzakirə, nə müzakirə!
Oxuyun görün, "Azərbaycan" oyanıb, yoxsa onun elə "yatması" məsləhətdir?
İllər boyu ədəbiyyatımızın "mağarasında" qış yuxusuna getmiş "Azərbaycan" jurnalı, nəhayət, oyanıb və xəbər tutub ki, ölkədə gənc yazarlar var. Vurhay da xalqımızın ədəbi-mənəvi qeydinə qalmaq üçün çabalara başlayıb. Gənc yazarların yaradıcılığı haqqında müzakirələr təşkil edib.
Buyurun, bu da həmin ədəbi müzakirə:
Əsəd Cahangir: "Hörmətli müzakirə iştirakçıları, hamınızı "Çağdaş Azərbaycan romanı: problemlər, müzakirələr" mövzusunda dəyirmi masa ətrafında xoş gördük".
İntiqam Qasımzadə: "Biri var qapalı, biri də var açıq romanlar. Bu, başıpozuqluq yaradır. Məsələn, Elçin Hüseynbəylinin "Azərbaycan" jurnalında hekayələri gedir və o, açıq şəkildə yazır ki, uzun hekayə. Yəni balaca bir əsərimizin üstünə roman sözü yazanda deməsinlər ki, XXI əsrdə bu xalq hələ janrın nə olduğunu bilmir".
Əsəd Cahangir: Pərvin xanım, sən burda gənc ədəbi nəslin yeganə təmsilçisisən və mənsub olduğun dövrün ədəbiyyatı indicə kifayət qədər ciddi tənqidə məruz qaldı.
Pərvin xanım: "Bu sualların hamısının cavabı tarixlə bağlıdı. 60-cı illərdə sanki bir nəfəslik açılmışdı, yazarlara müəyyən sərbəstlik verilmişdi. 60-70-ci illər nəsrini ümumiləşdirdiyi "Nəsrin fəzası" məqaləsində Anar da elə bunu qeyd edir"
Seyran Səxavət:" Məncə, janrdı, növdü, tarixi tiplərdi, mərhələlərdi, belə şeyləri Vaqif Yusifli kimi ədəbiyyatşünaslar uydurublar".
Əsəd Cahangir: "Elçin, "Titanik"lə bağlı fikrin mənə də subyektiv göründü"
Elçin Hüseynbəyli: "Niyə Varis, Qaraqan, Elxan Elatlı satılır, biz satılmırıq?"
Pərvin xanım: "Demirəm ki, oxucum fontan vurur, amma barmaqla sayılacaq qədər də deyil. Orta Azərbaycan(?) mühitinə uyğun oxucu kütləm var".
Əsəd Cahangir: "60-70-ci illərdə ciddi ədəbiyyat oxucu kontingentinə yiyələnməkdə belletristikaya qarşı dura bilirdi".
Seyran Səxavət:"Elçin, sən bunu təhlükə hesab edirsən?"
Əsəd Cahangir: "Seyran müəllim, bu sözləri məhz sizdən eşitmək təəccüblüdür. Çünki hələ 1979-cu ildə yazdığınız "Daş evlər" romanınız detektiv-kriminal amilindən xali deyil. İstedadlı alim Xankişinin ədalətsizlik üzündən elmi işini atıb o dövr Azərbaycanı üçün bir az da fantastik görünən mafioz dəstəyə başçılıq etməsi və Çankayşiyə çevrilməsi və sair və ilaxır..." (kövrəlir)
Elçin Hüseynbəyli: "Mən ədəbi məkanda yazıçı qarşıdurmasını tənqidçi müstəvisinə buraxmaq istəyirəm".
Vaqif Yusfli: "Qulu Xəlilovun sözü olmasın, tənqidçilik çətin peşədir".
Elçin Hüseynbəyli: "Nasirin də öz spesifik çətinlikləri var".
İntiqam Qasımzadə: "Pərvin xanım, siz nə əcəb "Balerina"nı roman adıyla təqdim etmədiniz?" (gülür)
Əsəd Cahangir: "Belə çıxır ki, rəhmətlik Qulu Xəlilov düz deyirmiş. Bütün bunlar sözügedən təzahürün ayrı-ayrı faktlar yox, milli bədii təfəkkürümüzün obyektiv inkişaf məntiqindən doğan ümumədəbiyyat hadisəsi olmasından xəbər verir".
Seyran Səxavət: (gülür) "Əsəd, onlar öz dahiliklərinə, uzaqbaşı, xanımlarını inandıra bilirlər".
Vaqif Yusifli: "Dil ədəbiyyatın özü deyil, uzaqbaşı, sözüdür".
Əsəd Cahangir: "Mən intellekt deyəndə məlumatfüruş savad, erudit informasiya yox, elə intellektin özünü nəzərdə tuturam. Romanın postmodern tipi destruktiv idrak, inkar üstündə qurulur".
Elçin Hüseynbəyli: "Döyüşçü psixologiyasını vermək bir az çətindi. İkincisi, biz məğlub durumdayıq. Buna görə nə yazaq? Qarabağı alanda yaxşı əsərlər yazılacaq".
Seyran Səxavət: "Mən bütün ərkim keçən dostlarıma Qarabağ haqqında əsər yazmağı qadağan edərdim!".
Müzakirənin sonunda göydən üç alma düşüb.
Digər Xəbərlər
2025-02-25 20:16:00

2025-02-25 20:06:25

2025-02-25 19:49:50

2025-02-25 19:01:38

2025-02-25 18:38:16

2025-02-25 18:18:27

2025-02-25 18:16:30

2025-02-25 17:24:00

2025-02-25 17:22:03

2025-02-25 17:20:21

2025-02-25 17:13:00

2025-02-25 17:10:18

2025-02-25 17:08:04

2025-02-25 16:59:00

2025-02-25 16:44:01

2025-02-25 16:28:00

2025-02-25 16:25:30
